﴿عَسَى رَبُّهُ إِن طَلَّقَكُنَّ أَن يُبْدِلَهُ أَزْوَاجًا خَيْرًا مِّنكُنَّ مُسْلِمَاتٍ مُّؤْمِنَاتٍ قَانِتَاتٍ تَآئِبَاتٍ عَابِدَاتٍ سَآئِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَارًا﴾
“Əgər peyğəmbər sizi (öz zövcələrini) boşasa, Rəbbinin ona daha yaxşı zövcələr yetirəcəyinə ümid var. Təslim olmuş, mömin, itaətkar, tövbəkar, abid, oruc tutan, dul və ya bakirə qadınlar!”
Nöqtələr
◘”Qanitan” dedikdə mütiliklə itaət edənlər mənası anlaşılır. “Saihat” sözü isə hicrət əhli, oruc tutanlar mənasını bildirir.
◘Peyğəmbərin (s) bir neçə zövcəsi olsa da, həzrət (s) ona əziyyət verən zövcələrini boşamırdı. Bu ayədə talaqdan danışılması Peyğəmbərin (s) heç kəsə və heç nəyə bağlı olmamasına işarədir. Peyğəmbərin (s) ətrafındakılara bildirilir ki, Peyğəmbər (s) kimsəyə ehtiyaclı deyil və onun üçün daha layiqliləri tapılar.
◘Bu ayədə Quranın fəsahəti, bəlağəti və ecazı özünü göstərir. İman, təvazö, tövbə, ibadət və oruc kimi səciyyələr bir şəxsin simasında bəyan olunur. Amma dul və bakirə sifətləri arasında “vav” bağlayıcısı işlədilir, bu yolla həmin sifətlərin ayrı-ayrı fərdlərə aid olduğu təsdiqlənir.1 (Qeyd)
◘Peyğəmbərin (s) zövcəsi ona münasib olmalıdır. Peyğəmbər zövcəsinin xüsusiyyətləri sadalanarkən qiyafə və var-dövlətdən yox, iman və ibadətdən danışılır. Çünki bu sifətlər İlahi rəhbərə daha münasibdir.
◘Bakirə ilə yanaşı dul sifətinin qeyd olunması Peyğəmbərin (s) cinsi meyllərə əsir olmadığına işarədir.
Bildirişlər
1. İnsan həyat yoldaşına ehtiyaclıdır. O boşanmadan sonra yenidən ailə qura bilər.
2. Ərə qarşı çıxmaq, üzür istəməmək və peşiman olmamaq qadının boşanması ilə nəticələnə bilər.
3. Qadınların azğınlığı qarşısında ən güclü vasitə onları boşamaqla hədələməkdir.
4. Peyğəmbərin zövcələri öz dövrlərin ən üstün qadınları olmamışlar.
5. Yanlış düşüncələrə qarşı çıxıb saxta qürurları sındırın.
6. Qadının həqiqi dəyəri onun kamilliyindədir.
7. Əqidə əməldən öndə gəlir. Öncə iman sonra ibadət.
8. Qadının iman və ibadəti onun bakirə və ya dul olmasından daha mühümdür.
9. Yenidən evlənərkən dul qadınlara bakirələrə münasibətdə üstünlük verilir.
Ayə 6:
﴿يَآ أَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُواْ أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا ٱلنَّاسُ وَٱلْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ﴾
“Ey iman gətirənlər! Özünüzü və ailənizi çır-çırpısı (günahkar) insanlar və daşlar olan oddan qoruyun. Elə bir od ki, ona sərt xasiyyətli mələklər nəzarətçidir. Onlar Allahın əmrinə qarşı çıxmır, əmr olunanı yerinə yetirirlər.”
Nöqtələr
◘”Vəqud” dedikdə alovlanan maddə nəzərdə tutulur. Neft, daş kömür buna misal ola bilər. Bu səbəbdən də bəzi təfsirçilər “əl hicarə” sözünün daş kömürə işarə olduğunu bildirirlər. Hədisdə oxuyuruq ki, alovlanan daş kibrit və kükürddür.1 (Qeyd)
◘Rəvayətlərdə bildirilir ki, bir gənc bu ayəni eşidib səcdəyə düşdü. Peyğəmbər (s) onu behiştlə müjdələdi və buyurdu: “Behişt mənim məqamımdan çəkinən və əzab vədlərimdən qorxanlara məxsusdur.”2 (Qeyd)
◘Rəvayətdə bildirilir ki, yaxın insanları cəhənnəm odundan qorumaq üçün onları yaxşılığa çağırmaq, pislikdən çəkindirmək lazımdır. Əgər qəbul etsələr oddan qurtularlar, qəbul etməsələr vəzifəmizə əməl etmiş oluruq.3 (Qeyd)
◘Rəvayətdə ailəsinə xəbərdarlıq edən, onları namaza, oruca, zəkata, yoxsullara, yetimlərə, qonşulara diqqətli olmağa çağıran insana rəhmət istənilir.4 (Qeyd)
◘Olsun ki, “vəquduhənnas” dedikdə əməllərin qiyamətdə təcəssümü nəzərdə tutulmuşdur. Bəli, insanın dünyadakı çirkin əməlləri həmin gün üzə çıxasıdır.
Dostları ilə paylaş: |