Ayə 11:
﴿وَضَرَبَ ٱللَّهُ مَثَلًا لِّلَّذِينَ ءَامَنُواْ ٱمْرَأَةَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ٱبْنِ لِي عِندَكَ بَيْتًا فِي ٱلْجَنَّةِ وَنَجِّنِي مِن فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ ٱلْقَوْمِ ٱلظَّالِمِينَ﴾
“Allah iman gətirənlər üçün Fironun zövcəsini misal çəkir. Bir vaxt o dedi: “Ey Rəbbim! Mənim üçün behiştdə öz yanında ev qərar ver, məni Firon və onun əməllərindən xilas et, mənə sitəmkar qövmün əlindən qurtuluş nəsib et.”
Nöqtələr
◘Ötən ayələrdə iki azğın qadın nümunəsi tanıtdırıldı. 11 və 12-ci ayələrdə iki mömin qadın nümunəsi təqdim olunur.
◘Fironun zövcəsi Asiya Musanın möcüzəsini gördüyü vaxt ona iman gətirdi. Firon onu cəzalandıraraq əl-ayağını yerə mıxladı və onu yandırıcı günəşin altında saxladı. Asiya ömrünün son dəqiqələrində Allahdan Onun öz yanında ev istədi.1 (Qeyd)
◘İnsanın nümunə olması üçün onun peyğəmbərliyi və ya məsumluğu, keçmişdə təkallahçı olması zəruri deyil. Fironun zövcəsi nə məsum idi, nə də müvəhhid. O Musanın möcüzəsini görüb iman gətirmişdi.
◘Nümunə seçilmə baxımından qadınla kişi arasında fərq yoxdur. Quran öz Peyğəmbərinə (s) göstəriş verir ki, İbrahimin xatirəsini yaşatsın.2 (Qeyd) Eləcə də Məryəmi yada salmaq tapşırılır.3 Bu ayədə isə Fironun zövcəsi haqqında danışılır.
Dostları ilə paylaş: |