Fironun zövcəsinin xarakteri
1. Bu qadını mühit və cəmiyyət öz təsiri altına sala bilməmişdir. O məntiqi əsaslarla azğın rejimjə qarşı dayanmışdı.
2. O bər-bəzəyə aldanmamışdı, dünya zinətlərinə arxa çevirmişdi, saray həyatı və rifaha boyun əyməmişdi.
3. Bu qadın hamının səsi boğulan bir vaxt səsini çıxardı.
4. O səbirli idi, işgəncələrə dözürdü. Asiya şəhid oldu amma əqidə məktəbindən əl çəkmədi.
5. Asiya öz dövrünün məsum rəhbərini himayə etdi.
6. O çalışqan idi, behişt və Allaha yaxınlıq məqamından aşağısını istəmirdi.
7. Fironun hədələrinə boyun əymədi.
8. Allahın razılığını xalqın razılığından üstün tutdu.
9. Ağıl və vəhy məntiqini ailə bağlılığından önəmli saydı.
10. O pisliklə mübarizəyə qalxıb Musanı körpə vaxtı ölümdən xilas etdi.1 (Qeyd)
◘Fironun zövcəsi sübuta yetirdi ki, tarix boyu səslənmiş şüarların sonu yanlışdır və onları dəyişmək lazımdır. Məsəl çəkilirdi ki, bədnamlıq istəməsən, xalqın rəngin götür sən. Amma Asiya “nə xalqın rəngin götürəcəyəm, nə də rüsvay olacağam. Deyirdilər ki, tək əldən səs çıxmaz. Asiya sübut etdi ki, bir nəfər də qiyam qaldıra bilər deyirdilər ki, qadın zəif məxluqdur. Asiya sübut etdi ki, qadın da yol seçimində azaddır. Misal çəkilirdi ki, yumruqla qılıncın qabağını almaq olmaz. Asiya sübut etdi ki, haqq əbədidir, yumruq polad qarşısında dayana bilməsə də xalqın düşüncəsinə təsirlidir. Deyirdilər ki, bir çiçəklə bahar olmaz. Asiya sübuta yetirdi ki, Allah istəsə bir çiçəklə də bahar olar. Deyirlər ki, kimin duzunu yesən ona qulsan. Fironun zövcəsi Fironun duz çörəyini dadsa da, onun əqidəsinə tabe olmadı.
Dostları ilə paylaş: |