Quranda zikr olunan ailə nümunələri
1. Eyni yolu tutmuş müsəlman ər və arvad. (Həzrət Əli (ə) və xanım Fatimə (s.ə.))2 (Qeyd)
2. Pislikdə əl-ələ vermiş ərlə arvad. (Əbu-Ləhəb və zövcəsi)
3. Elə bir ailə ki, ər doğru yoldadır, qadın azğın. (Lut və Nuhun zövcələri)3 (Qeyd)
4. Elə bir ailə ki, kişi pisdir, qadın yaxşı. (Fironun zövcəsi)
Bildirişlər
1. Qadın kişilərə nümunə ola bilər.
2. Nümunələrin müqayisəsi tərbiyə üsullarındandır.
3. Mühit və cəmiyyətin sıxıntısı, iqtisadi asılılıq, qadın cinsindən olmaq, kimsəsiz qalmaq qorxusu dinə arxa çevirmək üçün dəlil deyil.
4. Xəbərdarlığı başa çatdırmaq, höccəti tamamlamaq üçün bir nümunə yetər.
5. İlk sözü heç nə yox, insanın iradəsi deyir.
6. Tağutla mübarizə duaya zidd deyil.
7. Tağutdan qurtuluş üçün mənəvi arxa lazımdır.
8. Behiştdən də mühümü Allahla yaxınlıqdır.
9. İman zülmə nifrətə sövq edir. Fironun zövcəsi imanına xatir Fironun rəftarlarına nifrət edirdi.
10. Qadın əqidə məsələlərində mühitə tabe olmamalı, düzgün mövqe seçməlidir.
11. Ailə rabitələrinin sərhəddi var. Azğınlıq və küfr nöqtəsində yolu dəyişmək lazım gəlir.
12. Küfrə nifrət iman şərtidir.
13. Başqalarına nifrət zamanı meyar ağıl və şəriət olmalıdır.
Ayə 12:
Dostları ilə paylaş: |