﴿وَمَرْيَمَ ٱبْنَتَ عِمْرَانَ ٱلَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ ٱلْقَانِتِينَ﴾
“(Allah) İmranın qızı Məryəm üçün (də misal çəkdi). Elə bir qadın ki, özünü (günahdan) qorudu. Biz ona öz ruhumuzdan üfürdük (İsaya hamilə oldu). Rəbbinin sözlərini, səmavi kitabı təsdiqlədi, itaətdə öncüllərdən idi.”
Nöqtələr
◘”Əhsənət” sözü qala mənası bildirən “həsn” sözündəndir. Bu söz qadınla bağlı işlədildikdə iffət, paklıq mənasını bildirir.
◘Ayədə xanım Məryəmin dörd kamillik sifəti yada salınır: paklıq, ruhun üfürülməsi, peyğəmbərlərin və səmavi kitabların təsdiqi, Allah qarşısında tam itaət.
◘Şiə və sünnü təfsirlərində bildirilir ki, qadınlar arasında dörd qadın kamildir. Fironun zövcəsi Asiya, İmranın qızı Asiya, Peyğəmbərin (s) zövcəsi Xədicə, Peyğəmbərin qızı Fatimə (s).1 (Qeyd)
◘Qurani-kərimdə yalnız bir qadın adı çəkilmişdir və o həzrət Məryəmdir. Quranın 12 surəsində onun adı 34 dəfə zikr olunur. Quranın bir surəsi “Məryəm” adlandırılmışdır.
◘Təqdim olunan nümunə müxtəlif olmalı, fərqli şərait və mühitləri təcəssüm etdirməlidir. Yalnız bu halda onu hər adam istənilən bir şərait və zamanda istifadə edə bilir.
◘Allah-taala pak insanların müdafiəsinə qalxır. Həzrət Məryəmə böhtan atıldığı vaxt Allah iki yerdə onun paklığını təsdiqləyir.2 (Qeyd)
Bildirişlər
1. Qurani-kərim xanım Məryəmi kişilər və qadınlar üçün paklıq nümunəsi tanıtdırır.
2. Qadının dəyəri onun paklığındadır.
3. İnsan öncə addım atmalı, sonra ilahi lütfdən bəhrələnməlidir.
4. Pak övlad pak bətndən doğulur.
5. İlahi göstərişlərin ən üstün təsdiqi onlara əməl etməkdir.
6. İnsan həqiqəti təsdiq etməli, bununla yanaşı xüzu və xüşulu olmalıdır.
“MULK” SURƏSİ
Dostları ilə paylaş: |