Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə78/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   74   75   76   77   78   79   80   81   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2:

﴿تَبَارَكَ ٱلَّذِي بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾﴿ٱلَّذِي خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ﴾

Hakimiyyət əlində olan Allah xeyir və bərəkət qaynağıdır. O hər şeyə qadirdir. O kəs ki, sizlərdən hansı birinizin yaxşı əməl edəcəyi bilinsin deyə imtahan üçün ölüm və həyatı yaratdı. Odur qüvvət sahibi və bağışlayan.”


Nöqtələr
◘”Fürqan” surəsi də “təbarək” sözü ilə başlamışdır.

◘”Təbarək” sözü davamlı xeyir mənasını bildirən “bərəkət” məsdərindən yaranmışdır. Su toplanan istənilən bir məhəl “birkə” adlanır.

◘İnsanın yaranışında məqsəd nədir? Quran insanın yaranış məqsədini açıqlayarkən dörd məqsəd bəyan edir:

a) İbadət; Quranda bildirilir ki, cinlə insan yalnız ibadətdən ötrü yaradılmışdır1(Qeyd);

b) İlahi sınaq sayəsində savab yolun günah yoldan seçilməsi və təkamül;

v) Yer üzündə abadlıq; Quranda buyurulur ki, Allah sizi torpaqdan yaratdı, sizə abadlıqlarda yer verdi2(Qeyd);

q) İnsanlara mərhəmət; Qurani-kərim yaranışın digər bir məqsədi kimi Allahın insanlara mərhəmətini göstərir. Buyurulur ki, Allahın xüsusi mərhəməti ilə hidayət olmaq üçün yaradıldınız.3 (Qeyd)

◘Gözəl, yaxşı işin hansı şərtləri var? Yaxşı iş dedikdə təkəbbürdən, riyakarlıqdan, hiyləgərlikdən uzaq, zaman, məkan, zərurət, davam, vasitə, həmkar, sabitqədəmlik, möhkəmlik nəzm, perespektiv, orta hədd, diqqət, surət, ölçü, proqram baxımından üstün iş nəzərdə tutulur.

◘Allah həm dünyada, həm də axirətdə hakimidir.4 (Qeyd)

◘Allah yeganə hakimdir,5 (Qeyd) Onun hökuməti pak və müqəddəsdir.6 (Qeyd)

◘Allahın bərəkət cilvələri həm yaranışda, həm də şəriətdə özünü göstərir.7 (Qeyd)

◘İmam Sadiq (ə) hazırkı ayə ilə bağlı buyurur: “Nəzərdə tutulan kəmiyyətcə çox əməl yox, ən üstün əməl, Allah qorxusu, saf niyyətlə görülən işlərdir.”8 (Qeyd)


Bildirişlər
1. Quranda bu səmavi kitab və Peyğəmbər (s) haqqında “təbarək” sözü işlədilir. Amma bütün bu bərəkətlərin qaynağı qüdrət sahibi olan Allahdır.

2. Bütün qüdrətlər və hökumətlər müvəqqətidir. Yalnız Allahın hakimiyyəti əbədidir.

3. Dünyadakı hökumətlər məhdud, müvəqqətidir. Bu səbəbdən də onların əhatəli bərəkəti yoxdur.

4. Ölüm və həyatın müəyyənləşməsi Allahın mütləq hakimiyyət cilvəsidir.

5. Dünyadakı hakimlərin gücü çatmayan işi çoxdur. Amma Allah hər şeyə hakimdir və hər işə qadirdir.

6. Ölüm yox olmaq deyil. Ölən insan bir dünyadan o birinə köçür.

7. Ölüm səbr, həyat şükr üçün bir sınaqdır.

8. Heç nə əbəs yaradılmamışdır, bütün yaranışlar məqsədlidir. Allah insanı seçimli təkamül üçün xəlq etmişdir.

9. İnsanın dəyəri acılı-şirinli hadisələr gedişində üzə çıxır.

10. İlahi sınaq Allahın elmini artırmır. Allah-taala hər şeydən öncədən xəbərdardır. Sınaqda məqsəd insanın kimiliyini üzə çıxarmaqdır. Məsələn, müəllim şagirdin birindən xəbərdar olsa da, onun biliyini dəyərləndirmək üçün imtahan keçirilir.

11. Keyfiyyət yox, kəmiyyət əməl meyarıdır.

12. İlahi sınaq həmişəlik və hamı üçündür.

13. İşin yaxşılığı bizi qane etməməlidir və ən yaxşı əməl üçün çalışmalıyıq.

14. Yalnız Allahın hökumət və qüdrəti yenilməzdir.

15. Allahın izzət və qüdrəti Onun rüfət və rəhməti ilə müşayiət olunur.

16. İlahi sınaqlarda uğursuzluqdan üzülməyin, Allah bağışlayandır.


Ayə 3, 4:

﴿ٱلَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا مَّا تَرَى فِي خَلْقِ ٱلرَّحْمَنِ مِن تَفَاوُتٍ فَارْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَى مِن فُطُورٍ﴾﴿ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِأً وَهُوَ حَسِيرٌ﴾

Yeddi səmanı təbəqə-təbəqə yaradan Odur. Rəhman Allahın yaratdığında heç bir nöqsan görməzsən. Bir də gözünü aç. Bir çat görürsən? Yenə ardba ard gözünü dolandır. Göz yorulmuş və gücsüz halda sənə doğru qayıdar (bir nöqsan tapa bilməz).”



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin