Nur təFSİRİ


Təsbihin (Allahın pak sayılmasının) əhəmiyyət və yeri



Yüklə 1,72 Mb.
səhifə8/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   4   5   6   7   8   9   10   11   ...   348
Təsbihin (Allahın pak sayılmasının) əhəmiyyət və yeri
◘Quranda səkkiz dəfə təvəkkül, iki dəfə səcdə, səkkiz dəfə istiğfar, beş dəfə ibadət, beş dəfə zikr, iki dəfə təkbir, on altı dəfə isə təsbih əmri bəyan olunmuşdur.

◘İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) rəvayət edir ki, o buyurmuşdur: “Əgər bir bəndə “Subhənallah” söyləsə, ərş altında nə varsa ona qoşular və bu təsbihi deyənə on qat artıq mükafat verilər. Bəndə “Əlhəmdulillah” söyləyəndə Allah dünya nemətlərini ona ruzi edir, Allahla görüşdən sonra isə həmin şəxs axirət nemətlərindən faydalanır.”4 (Qeyd)

◘Allaha təsbih bir növ Ona təşəkkürdür. Quranda buyurulur ki, qələbə əldə etdiyiniz vaxt Allaha təsbih söyləyin.5 (Qeyd)

◘Allaha söylənilən təsbih məclislərdə deyilən və eşidilən sözlərin kəffarəsidir. Hədisdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) məclisdən qalxanda “Subhənəkəllahummə və bihəmdik” söyləyər və buyurarmış: “Bu sözlər məclisin kəffarəsidir.”

◘Təsbih qurtuluş vasitəsidir. Qurani-kərim həzrət Yunis haqqında buyurur ki, əgər o təsbih deyən kəs olmasaydı həmişə balığın qarnında qalardı.6 (Qeyd)

◘Başqa bir hədisdə buyurulur ki, insan “Subhənallah” söylədiyi vaxt bütün mələklər onu salamlayır.7 (Qeyd)

◘Mübarək ramazan ayının sübhləri bütün cümlələri “Subhənallah” ifadəsi ilə başlayan dualar oxumaq tövsiyə edilir.

◘Hədisdə oxuyuruq: Bir şəxs imam Sadiqin (ə) görüşünə gəlib onu namaz halında gördü. İmam altımış dəfə “Subhənallah” zikrini təkrarladı. Başqa rəvayətdə bildirilir ki, imam Sadiq (ə) səcdə halında beş yüz dəfə “Subhanəllah” söyləyərmiş.8 (Qeyd)



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin