Nöqtələr
◘Bu iki ayə “Ənam” surəsinin 65-ci ayəsini xatırladır. Həmin ayədə buyurulur ki, Allah göydən və yerdən əzab nazil etməyə qadirdir.
◘”Hasib” dedikdə daş yağdıran iti külək nəzərdə tutulur.
◘”Qəsəs” surəsinin sonunda Qarunun yerə batırıldığı qeyd olunur. “Qəmər” surəsinin 34-cü ayəsində isə Lut qövmünün başına daş yağdırılması yada salınır.
◘Allahın ter üzünü aram etməsi onun mütləq hakimiyyətindən danışır.1 (Qeyd)
◘Varlıq aləminin dağılmasını mümkün saymaq insanın yersiz qürurunu sındırır, ona dünyanın etibarsızlığını anladır. Bu mövzuda Mövlanənin gözəl bir şeri var:
Yerdə və göylərdə olan zərrələr
Sınaq üçün Haqdan enən nizələr.
Gör nə hala saldı külək Ad elin,
Qırmadımı su neçə qövmün belin?!
Firon leşkərini yaladı dərya,
Zalım Qarun batırıldı torpağa.
Qaynar daşlar dağıtdı Fil əshabın,
Çibin verdi nəs Nəmrudun cavabın.
Davudun atdığı bir daş parası
Bölünüb paylandı qoşun arası.
Cansız düşündüyün sular ağaclar
Peyğəmbər sözünü ucada saxlar.
Məsnəvi də elə ola qırx dəvə
Aciz qala belində onu çəkə.
Dostları ilə paylaş: |