Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə9/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   5   6   7   8   9   10   11   12   ...   348
Mövcudların təsbihi
İlahi dünya görüşündə pərəstiş və ibadət təkcə insana aid edilmir. Bildirilir ki, bütün mövcudlar Allaha pərəstiş halındadır.

◘Bir şəxs İslam peyğəmbərindən möcüzə istədi. Həzrət yerdən bir ovuc qum götürdü. Peyğəmbərin (s) istəyi və Allahın izni ilə ovucundakı qumların təsbihi ucaldı.1 (Qeyd)

◘Əziz Peyğəmbər (s) buyurur: “Bir çox miniklər öz sahibindən üstündür. Çünki onların çoxu Allahı zikr edir.”2 (Qeyd)

Peyğəmbər (s) heyvanların üzünə vurmağı qadağan etmişdi. Həzrət buyururdu ki, heyvanlar təsbih deyir.3 (Qeyd)

◘Mövcudların təsbihi ilə bağlı bir neçə nöqtəni qeyd etmək yaxşı olar:

a) Qurani-kərimdə bildirilir ki, mövcudlar bilərəkdən, agahlıqla təsbih deyirlər.4 (Qeyd)

b) Bir növ o biri növün təsbihini dərk edə bilməz.5 (Qeyd)

Quşlar hər sübh Allaha təsbih deyir, həmin gün üçün Allahdan güc istəyirlər.6 (Qeyd)

Şeyx Nizami bu barədə yazır:
Xəbərin varmı ki ulduzlar niyə

Həvəsi düşmüşdür ayrı çevrəyə?

Məqsədləri nədir, gedirlər hara,

Kimdir yol göstərən bu səyyahlara?
Bu mehrabda məbudları kim ola?

Səbəb nədir hərə düşüb bir hala?

Hər biri pərgar tək dolanır heyran,

Zikrləri yalnız o bir yaradan.
Hafiz Şirazi buyurur:
Nəzər sahibləri nuruna heyran,

Görən olsa cilvən aydındır tamam.
“Mənzumə” müəllifi Səbzvari deyir:
Yenə də ağacdan ucalır haq səs,

Musa yoxdur deyə duyulmur nəfəs.
Mövləvi deyir:
Aləmdə zərrələr bir hal diliylə

Səninlə danışır gözü, əliylə.

Deyirlər görürük eşidirik biz,

Amma naməhrəmə çatmaz səsimiz.
Bildirişlər
1. İlahi dünya görüşünə əsasən bütün varlıq aləmi Allaha təsbih deyir.

2. Hal dili ilə təsbih hamıya aiddir. Göy və yer varlıqları, cansız aləm və nəbatat, heyvan və insan bu baxımdan fərqlənmir.

3. Sitayiş üçün meyar və dəlil olmalıdır. Təsbih həm hakimiyyət, həm müqəddəslik, həm yenilməzlik və həm də hikmət sahibi olan kəsə layiqdir.

4. Allahın hakimiyyəti müqəddəslik, qüdrət və hikmətlə müşayiət olunur.

5. Allahın hökuməti hikmətlə müşayiət olunur.

6. Allah yenilməzdir. (Necə ki, Onun peyğəmbəri, peyğəmbərə iman gətirənlər və Quran yenilməzdir.)1 (Qeyd)

7. Yalnız hikmətlə müşayiət olunan qüdrət dəyərlidir. Allah həm qadirdir, həm də hikmət sahibi. Başqalarının qüdrəti isə adətən təkəbbür və zorakılıqla müşayiət olunur.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin