(68-Cİ SURƏ; 52 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
“QƏLƏM” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 52 ayədən ibarətdir. Onun adı ilk ayəsindən götürülmüşdür.
Surədə İslam peyğəmbərinin (s) əxlaqi sifətlərindən, İslam düşmənlərinin çirkin əxlaqından, behişt əhlinin sifətlərindən, qiyamət və qiyamət əzabından danışlır. Surədə müşriklər hədələnir, İslam peyğəmbəri (s) səbrə dəvət olunur.
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4:
﴿ن وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ﴾﴿مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ﴾﴿وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ﴾﴿وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ﴾
“Nun; Qələmə və yazdıqlarına and olsun; sən Rəbbinin nemətinə (lütfünə) xatir divanə deyilsən; həqiqətən, sənin üçün sonsuz mükafat var; şübhəsiz, sən böyük əxlaq sahibisən.”
Dostları ilə paylaş: |