Nöqtələr
◘”Məmnun” sözü parça mənası bildirən “mənn” sözündən olarsa, sonsuz mükafat mənasını bildirər. Əgər “minnət” sözündən olarsa, minnətsiz ilahi lütf mənasında anlaşılar. Zahirən, birinci məna nəzərdə tutulmuşdur. Çünki Allah tərəfindən nemətin üzə vurulması eyb sayılmır. Belə bir minnət Allahı şükr və itaət səbəbidir.1 (Qeyd)
◘Qələm dildən, qılıncdan, qızıl-gümüşdən, şan-şöhrətdən, ailə-övladdan daha böyük rola malikdir. Çünki qələm əsirlərin təcrübəsini daşıyır, mədəniyyəti inkişaf etdirir. Qələmlə insanı yuxuya vermək və ya oyatmaq olar. Bir millət qələm vasitəsi ilə həm izzətə çata bilər, həm də zillətə düşər. Qələm lal bir fəryaddır. Qələm rəsmi bir sənətdir. Qələm tarixin daşıyıcısıdır.
Qələmə and içilməsi mədəniyyət göstəricisidir. Qələmə istinad dəlillərə istinaddır. Qələmlə rabitə elmlə rabitədir. Səslər arasında üç səsin imtiyazı var: alimin qələminin səsi, mücahidlərin ayaq səsi, cəhrə (ip hazırlayan) çarx səsi. Bəli, elmi tərəqqisi, gücü və çiçəklənən iqtisadiyyatı olan millət şərəflidir. Əgər uyğun səsləri bu günkü dillə ifadə etmək istəsək belə deyə bilərik: Çapxananın səsi, raketlərin səsi və fabrikin səsi. Başqa sözlə, elmi, hərbi və iqtisadi qüdrət!
◘Qələmlər və yazılar elmi bilikləri hifz edir. Hədisdə biliklərin yazıya alınması tapşırılır.2 (Qeyd)
◘Ömür boyu bircə sətir olsun yazı yazmamış kəs ibrət olsun deyə qələm və yazıya and içir.2 (Qeyd) Hafiz deyir:
Ol nigar məktəbə getməz, qələm də almaz ələ,
Baxıban yüz fəqihə öyrədər min bir məsələ.
◘Düşüncəli və ləyaqətli insanların divanə adlandırılmasına təəccüblənməyin. Quran buyurur ki, hansı peyğəmbər gəldisə, onu sehirbaz, divanə çağırdılar.3 (Qeyd)
◘İlahi mükafatları kiçik şey saymayın.4 (Qeyd)
Dostları ilə paylaş: |