Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə99/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   95   96   97   98   99   100   101   102   ...   348
Nöqtələr
◘”Tudhin” sözü yağ mənası bildirən “duhn” sözündəndir. Burada var-dövlətin, sazişin təslim çiliyin pisliyinə işarə olunur.

◘”Həmmaz” sözü eyb axtaran mənasını bildirən “həməz” sözündəndir, “əyyab” sözü ilə sinonimdir.

◘”Məşşain binəmim” dedikdə söz gəzdirmək üçün çalışmaq mənası başa düşülür. “Mənnain lil xəyr” dedikdə xəsislik başa düşülür. Quranda malla bağlı xeyir sözü işlədilir.

◘”Zənim” dedikdə əsli-nəsli bilinməyən şəxs nəzərdə tutulur. Zinadan doğulanlar belə adlandırılır. İmam Sadiq (ə) buyurur: “Utull” böyük küfr, “zənim” küfrə həris şəxs mənasını bildirir.”1 (Qeyd)

◘Quranda Peyğəmbər (s) dəfələrlə azğınlara itaətdən çəkindirilir.2 (Qeyd)

◘İnsanların xilası naminə düşmənin bütün sifətlərini tanıtdırın. Hazırkı ayələrdə düşmənin 10-a yaxın xüsusiyyəti bəyan olunmuşdur. Əgər qarşı tərəflərdə bu sifətlərdən biri varsa, ondan çəkinmək lazımdır. Bütün bu sifətlərə malik fərdlər haqqında isə danışmağa dəyməz.

◘Xalqın qəbul və iatət etdiyi rəhbər nikbin olmalı, xalqa ümid verməli, vəhdəti qorumalı, təqvalı olmalı, təfriqə yaradan istənilən bir səbəbdən, eyb axtarmaqdan, söz gəzdirməkdən, xəsislikdən, təcavüzdən, amansızlıqdan uzaq olmalıdır. Hazırkı ayədə bu sifətlərə malik insanlara itaət qadağan edilir.

◘Quran ayələri dəfələrlə müxtəlif böhtanlara məruz qalmışdır. İlahi ayələri keçmişlərin əfsanəsi, pərişan yuxular, yalan, adi bir söz adlandırmışlar.3 (Qeyd) İddia edənlər olub ki, Quranın mətnini Peyğəmbərə (s) kimlərsə öyrədir.4 (Qeyd)

◘Rəvayətdə nəql olunur ki, Allah-taala həzrət Şüeybə buyurdu: “Mən 100 minlik bir cəmiyyəti qəzəbimə düçar edirəm. Hansı ki, onların 40 mini pis, 60 mini yaxşı adamlardır. Bunun səbəbi yaxşıların öz dini qeyrətlərini itirməsi, günahkarlarla barışmasıdır.”5 (Qeyd)

İnsanın zəif olduğu üçün sazişə getməsi bəyənilmir. Amma qüdrətə malik olan vaxt güzəştə getməyin eybi yoxdur. Məsələn, ata yenicə ayaq açmış övladını nəzərə alıb aram yeriyir.

◘”Həmmaz”, “mənna”, “mötəd”, “əsim” sifətləri kafirlərə məxsusdur. Uyğun sifətlərə malik müsəlmanların kafirlərə yaxınlaşması təbiidir.
Bildirişlər
1. İlahi nemətlərə şükr olaraq azğınlıqdan uzaq dayanın.

2. Gözəl əxlaq azğınlıqdan uzaqlığı tələb edir. (Bəli, gözəl əxlaq dedikdə azğınlarla saziş nəzərdə tutulmur.)

3. Peyğəmbərlər də ilahi xəbərdarlığa ehtiyaclıdır.

4. Müxaliflərin andına etibar yoxdur. Onlar nə qədər and içsələr də etibarsızdırlar.

5. İslam cəmiyyətində əsil-nəsilsiz, eyb axtaran, xəsis, azğın, günahkar, qaraqabaq xarakterli insanlara ictimai-siyasi öncüllük, müdiriyyət verilməməlidir.

6. Düşmənin planlarından qəflətdə qalmayın. Düşmənlər çalışırlar ki, sizi sazişə çəksinlər.

7. Düşmənə üstünlük verməyin. Onlar sizə imtiyaz verib sazişə həvəsləndirsələr də, boyun əyməyin.

8. Geriyə addım düşmənin istəyidir. (Dini prinsiplərə münasibətdə geriyə addım qadağandır.)

9. Düşmənlə saziş ona itaət deməkdir. Düşmənə itaət etməmək dedikdə sazişə getməmək nəzərdə tutulur.

10. Düşmən andlardan, müqəddəsliklərdən sui-istifadə edir.

11. Çox and içmək alçaqlıq nişanəsidir.

12. Daxilən alçaqlıq, zahirən imkanlı olmaq olmaq fitnəyə aparan iki amildir.

13. Kafirlərin dövlətli və güclü olması saziş üçün səbəb sayılmır.

14. Peyğəmbər müxaliflərinin ön sırasında varlı, dərd-qəmi olmayanlar dayanır.

15. Allah təkəbbürlüləri elə cəzalandırır ki, bədənlərində izlər qalır.

16. Təhqir edənin cəzası təhqirdir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin