Yanmış bağ əhvalatı
Bağının meyvələrindən hər il yoxsullara infaq edən kişi dünyasını dəyişdi. Onun varisləri qərara gəldilər ki, yoxsullara bir şey verməsinlər. Yalnız bir varis bu fikrə müxalif çıxdı. Amma əksər qardaşlar xəsislik göstərib öz qərarlarını həyata keçirmək istədilər. Onlar qərara gəldilər ki, sübh tezdən yoxsullar xəbər tutmamış bağa gedib meyvələri yığsınlar. Onlar bağa getdilər, amma orada bir yığın kül gördülər. Onlardan biri dedi ki, yolu səhv salmışıq, bu bizim bağımız deyil. Başqa biri dedi: “Biz atamızın düzgün yolundan çıxmışıq, yoxsulları məhrum etmək qərarına gəlmişik. Ona görə də öz əlimiz boşda qalıb.” İlk gündən bu xəsis qərara qarşı çıxan qardaş dedi: “Sizə demədimmi ki, bu səhv qərardır?” Onlar Allahın qəzəbinə gəldilər və peşiman olub bir-birlərini danladılar.
Bildirişlər
1. Allahın sünnələridən biri də sınaqdır.
2. Quran müxtəlif nümunələr göstərməklə bizi Allahın sınaqları ilə tanış edir.
3. Yoxulların məhrumluğuna xidmət edən planlar sonda puça çıxır.
4. Bəzən and dəyərsiz olur.
5. Allahın qəzəbi təkcə axirətə aid deyil. Bəzən insanlar dünyadaca dərhal cəzalandırılır.
6. Tənbeh və cəza Allahın rübubiyyət şənindəndir və tərbiyəvi əhəmiyyəti var.
7. Kimsə Allahı qabaqlaya bilməz. (Onlar sübh dursalar da, bağı yanmış gördülər)
8. Günah və cəza bir-birinə münasib olmalıdır. Yoxsulları məhrum edənlər özləri məhrumiyyətə düçar oldular.
9. İnsanın planları və tədbirləri Allahın tədbirləri müqabilində təsirsizdir. (Varislər bir plan qurdular, Allah başqa tədbir tökdü.)
10. Allah-taala yoxsulların hamisidir. Yoxsullar varislərin çıxardığı qərardan xəbərsiz olsalar da, Allah onların himayəsinə qalxaraq xəsisləri tənbeh etdi və bağı yandırdı.
11. İnsanın xeyirə çatması onun hesabatlarından asılı deyil. Hazırkı əhvalatda xəsislər plan cızdılar amma başqa bir nəticə ilə üzləşdilər.
12. Pis niyyət əməli addıma çevrilərsə, cəzaya səbəb olar.
13. Yoxsullara fayda verməyən sərvət əvvəlcədən olmasa yaxşıdır.
14. Hərislik və xəsislik var-dövlətin artmasına, xeyir əldə edilməsinə kömək göstərmir.
Dostları ilə paylaş: |