“Bir-birləri ilə astadan danışa-danışa yola düşdülər; (deyirdilər) məbada, bu gün yanınıza bir miskin gələ; həmin sübh bağa üz tutdular. Özlərini (məhsulu yığmağa) qadir bilirdilər; onu (yanmış) görəndə dedilər: “Biz yolu azmışıq”; biz məhrum olmuşuq; onların ən ağıllısı dedi: “Sizə demədimmi ki, nə üçün Allaha təsbih demirsiniz?! Dedilər: “Rəbbimiz pak və müqəddəsdir, şübhəsiz, biz sitəmkarıq; bir-birlərini danlamağa başladılar; dedilər: “Vay halımıza ki, həddimizi aşmışıq. Ümid var ki, Rəbbimiz bizə bundan da yaxşısını versin; həqiqətən, Rəbbimizə rəğbətimiz var və ümidvarıq; belə olur əzab. Əgər bilsələr, axirət əzabı daha böyükdür.”