Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə107/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   103   104   105   106   107   108   109   110   ...   348
﴿وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُواْ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ﴾﴿وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ﴾

Az qalmışdı kafirlər Quranı eşidəndə səni gözləri ilə sancalar. Deyirlər ki, o divanədir. Hansı ki, Quran yalnız aləmlər üçün bir öyüddür.”


Nöqtələr
◘Bu surənin başlanğıcında Allah Rəsulunun (s) divanəlikdə itdiham edilməsinə işarə olundu. Surənin hazırkı son ayəsində uyğun məsələ bir daha vurğulanır.

◘”Liyuzliqunəkə” sözü sürüşüb yıxılmaq mənasını bildirən “zəlq” kökündəndir və ayədə həlakətə bir işarədir.

◘51-ci ayədə kafirlərin Quran ayələrini dinləyərkən möhkəm qəzəblənməsinə işarə olunur. Gözlə sancmaq dedikdə ya göz dəymə, ya da “gözlə yemək” mənasını nəzərdə tutulur.

◘Kin-küdurət insanı ziddiyyətli hərəkətlərə vadar edir. Kafirlər bir tərəfdən Quranın əzəmətini etiraf edib, paxıllıqdan Peyğəmbəri (s) öldürmək istəyir, digər bir tərəfdən onu divanə sayırdılar. Düşmən əli ilə vuruşur, dili ilə böhtan atır, Gözü ilə sancır.

◘Surənin başlanğıcında qələm və yazıdan danışıldı, sonunda Quranın aləmlərə öyüd olduğu bildirildi. Olsun ki, bu ifadələrlə mədəniyyətin aləmlər üçün oyanış vasitəsi olduğu bildirilir.
Gözdəymə
Həzrət Peyğəmbər (s) buyurur ki, gözdəymə haqdır və o qədər təsirlidir ki, dəvəni, inəyi təndirə salır.1 (Qeyd)

Təkcə düşmənin gözü dəymir, bəzən dost da bir məsələyə heyran qalır ki, onun göz öz təsirini göstərir. Hədisdə tövsiyə edilir ki, dostunuzda olan bir şey sizi təəccübləndirdikdə gözdəymənin qarşısını almaq üçün Allahı zikr edin. Bəli, bir çoxları gözdəymənin təsirindən həyatlarını əldən vermişlər.2 (Qeyd)

Əlbəttə ki, gözdəymənin həqiqət olduğuna inam bizi ətrafdakılara münasibətdə sui-zənnə vadar etməməlidir. Öz səhlənkarlığımızdan qarşılaşdığımız çətinliyə görə ətrafdakıları məzəmmət etməməliyik. Rəvayətdə bildirilir ki, sədəqə, dua, “Nas” və “Fələq” surələrinin oxunması gözdəymənin təsirini aradan qaldırır.
Bildirişlər
1. Düşmən çox kinlidir, oyaq olmalıyıq.

2. Quran düşmənin hiylələri üzərindən pərdəni qaldırır.

3. Düşmənin hücumları İslam rəhbərinə yönəlmişdir.

4. Gözdəymə həqiqətən də var.

5. İlahi övliyaları böhtanlardan müdafiə etmək lazımdır.

6. Quran qəfləti aradan qaldırır.

7. Quran bütün millətlər üçün, cəhanşümul və əbədi bir kitabdır, onun hökmləri üçün zaman və məkan məhdudiyyəti yoxdur.
HAQQƏ” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin