Bildirişlər
1. Peyğəmbərlərin seçilməsi ilahi işdir.
2. Peyğəmbərlərin seçilməsi ictimai həyatın bütün sahələrində oyanış və hərəkət səbəbidir.
3. Peyğəmbərin dərs görməmiş cəmiyyət arasından çıxması, eyni zamanda elm və hikmət bayrağı qaldırması ilahi möcüzədir.
4. İslam cəmiyyətinin rəhbəri xalqdan və xalq arasında olmalıdır.
5. Quran tilavəti paklıq üçün vasitə və müqəddimədir. Paklıq isə təlim-tərbiyədən öndə gəlir. Quranda buyurulur ki, Allahdan qorxun, Allah sizə həqiqətləri öyrətsin.5 (Qeyd)
6. Paklanma və özünü tərbiyə Peyğəmbər (s) məktəbi və ilahi ayələr sayəsində mümkündür. Peyğəmbər buyuruqlarından kənar riyazət və guşənişinlik özü də bir növ azğınlıqdır.
7. Paklanma və təlim Peyğəmbər (s) proqramlarının ilk müddəalarıdır.
8. Peyğəmbər məktəbində ruhun tərbiyəsi və düşüncə təlimi bəsirət məsələsi ilə yanaşı bəyan olunur.
9. Pozğun cəmiyyətdə də tərbiyələndirmə işi görmək olar.
10. İlahi peyğəmbərlərin zəhmətini dəyərləndirmək üçün həmin dövr insanlarının mədəniyyət və əxlaqları ilə tanış olmaq lazımdır.
Ayə 3:
Dostları ilə paylaş: |