Ayə 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34:
﴿وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيهْ﴾﴿وَلَمْ أَدْرِ مَا حِسَابِيهْ﴾﴿يَا لَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ﴾﴿مَآ أَغْنَى عَنِّي مَالِيهْ﴾﴿هَلَكَ عَنِّي سُلْطَانِيهْ﴾﴿خُذُوهُ فَغُلُّوهُ﴾﴿ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ﴾﴿ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ﴾﴿إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ ٱلْعَظِيمِ﴾﴿وَلَا يَحُضُّ عَلَى طَعَامِ ٱلْمِسْكِينِ﴾
“Amma əməl naməsi sol əlinə verilmiş kəs deyər: “Ey kaş, naməm mənə verilməyəydi və bilməyəydim hesabım nədir. Ey kaş, ölümlə işim bitəydi (bir daha dirilməyəydim). Onlarım ehtiyacımı ödəmədi. Gücüm əldən çıxdı. (Deyilər) Onu tutun, buxovlayın. Sonra onu şölələnən oda daxil edin. Sonra yetmiş zira uzunluqda zəncirlə bağlayın. Həqiqətən, o böyük Allaha iman gətirməz, ehtiyaclılara təam verilməsinə rəğbətləndirməz.”
Nöqtələr
◘”Zira” dirsəkdən barmağın ucunadək olan məsafədir. Qədimdə ziradan ölçü vasitəsi kimi istifadə olunurdu. “Yetmiş” dedikdə ya həqiqətən də say nəzərdə tutulur, ya da zəncirin uzunluğuna işarə olunur.
◘”Səhmə” sözündən olan “səhim” sözü şölələnən od mənasını bildirir.
◘İmam Sadiq (ə) buyurur: “Cəhənnəm əhlinin bağlandığı zəncirin bir halqası dünyaya gətirilsə, dünya istidən yanıb kül olar.1 (Qeyd)
◘Bu ayədə küfr və xəsislik behiştdən məhrumların sifəti kimi yanaşı zikr olunur.
◘Tutmaq, bağlamaq, çəkmək, cəhənnəmə atmaq cəhənnəm əhlinin zillətinin ağırlığını göstərir.
Bildirişlər
1. Yaxşı və pis insanların aqibətinin müqayisəsi Quranın bəyan üsullarındandır.
2. Tərbiyə və hidayət prosesində həm xəbərdarlıq, həm də müjdəyə ehtiyac var.
3. Gələcəkdən xəbərdarlıq bəzən bu günkü qərarların düzgün çıxarılmasına təsir göstərir.
4. Dünyada qaçdığımız ölüm qiyamətdə sorağımıza gələr.
5. Axirətdə günahkarların ümid bacası bağlanar. Əməl naməsini görənədək ümid edənlər onu görəndən sonra yalnız həsrət çəkər.
6. Var-dövlət və gücün qiyamətdə faydası yoxdur.
7. Dünyada var-dövlət toplamaq qiyamətdə peşimançılıq səbəbidir.
8. Dünyada hər günaha uzanan əlin cəzası qiyamətdə buxov və zəncirdir.
9. Bəzilərinin imanı, bəzilərinin iman gətirmək məqsədi yoxdur. Onlar inadkarlıq göstərdiyindən cəzaları daha ağırdır.
10. Qəlbində Allaha mərifət nuru, əməlində xalqa xidmət olmayan yansa yaxşıdır.
11. Aclara diqqət Allaha imanla yanaşı zikr olunur.
12. Əgər özümüzün ətrafdaklılara yardım etmək gücümüz yoxsa, heç olmaya başqalarını bu işə təşviq edək.
13. Kömək göstəriləcək fəqirin mömin olması şərt deyil.
Dostları ilə paylaş: |