Nur təFSİRİ


Ayə 44, 45, 46, 47, 48, 49, 50, 51, 52



Yüklə 1,72 Mb.
səhifə114/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   110   111   112   113   114   115   116   117   ...   348
Ayə 44, 45, 46, 47, 48, 49, 50, 51, 52:

﴿وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ﴾﴿لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ﴾﴿ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ﴾﴿فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ﴾﴿وَإِنَّهُ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ﴾﴿وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ﴾﴿وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى ٱلْكَافِرِينَ﴾﴿وَإِنَّهُ لَحَقُّ ٱلْيَقِينِ﴾﴿فَسَبِّحْ بِاسْمِ رَبِّكَ ٱلْعَظِيمِ﴾

Əgər peyğəmbər uydurulmuş sözləri bizə aid etsəydi, hökmən, onu qəzəblə yaxalayardıq. Sonra qəlb damarını kəsərdik. Heç biriniz ona sipər ola bilməzdiniz. Həqiqətən, bu Quran təqva əhli üçün zikr vasitəsidir; biz bilirik ki, sizdən bəziləriniz Quranı təkzib edənlərsiz; şübhəsiz, (bu təkzib qiyamətdə) kafirlər üçün peşimançılıq olacaq; həqiqətən, o (qiyamət) haqq və yəqindir; beləsə böyük Rəbbinin adı ilə təsbih söylə.”


Nöqtələr
◘”Təqəvvəl” dedikdə bir sözü onu deməyən şəxsə aid etmək nəzərdə tutulur.

◘Qanı ürəyə çatdıran damar “vətin” adlanır. Bu damar kəsilsə insan dərhal ölər.

◘Quran kafirlər üçün dünya və axirətdə həsrətdir. Dünyada həsrət çəkərlər ki, nə üçün onun kimisini yarada bilmirlər. Axirətdə həsrət çəkərlər ki, nə üçün ona iman gətirməmişlər.

◘Yaxalamaqla bağlı “yəmin” sözünün işlənməsi gücə işarədir. Çünki sağ əl daha güclü olur.

◘Allah kiminsə qarşısında xəcalətli deyil. O öz peyğəmbəri ilə belə danışırsa, başqaları öz işini bilməlidir.

◘Hazırkı ayələrdə Quranın bəzi səciyyələri sadalnır.

◘Peyğəmbər (s) heç vaxy deyilməmiş sözü Allaha aid etmir.

◘Allah Peyğəmbərini (s) ən üstün şəkildə müdafiə edir, həm də onu hədələyərək Allah tərəfindən olmayan sözü Allaha aid etməsini mümkünsüz sayır.


Bildirişlər
1. Allah vəhyi hifz edir. Kimsədə vəhyi dəyişmək gücü yoxdur.

2. Peyğəmbər özü də başqaları kimi vəhyi hifz etməlidir.

3. Bütün insanlar, hətta peyğəmbərlər Allahın qanunları qarşısında eyni dərəcədə cavabdehdirlər.

4. Quran nəinki şair və kahin sözü deyil, hətta Peyğəmbərin (s) də onda şərikliyi yoxdur.

5. Allahın qanun və buyuruğunda dəyişiklik qadağandır.

6. Qətiyyətli rəftar başqalarını təcavüz fikrindən daşındırır.

7. Quranın təhlükəsizliyi tam təmin olunmuşdur.

8. Haqqın müdafiəsi şəxsin müdafiəsindən mühümdür. Vəhyi qorumaq üçün hətta insanların canı alına bilər.

9. Quranın toxunulmazlığının təmini üçün qətiyyətlə danışmaq lazımdır.

10. Böyük günahların böyük cəzası olur.

11. Daha çox dəyəri olan şeylər daha ciddi qorunmalıdır.

12. Allah Onun vəhyinə əl uzadanları məhv edir.

13. Kimsədə Allahın qəzəbinə dözüm yoxdur.

14. Quran təqvalı insanlara güclü təsir göstərir.

15. Öyüdün qəbulu üçün təqva ruhiyyəsi lazımdır.

16. Təqvalılarla yanaşı təkzibçilər də var.

17. Təbliğatçı bütün xalqın boyun əyməsini ummamalıdır.

18. Təkzibçilər Allahın nəzarəti altında olduqlarını unutmasınlar.

19. Təkzibçilərin hücumları qarşısında Allaha sığınıb yolunu davam et!

20. Allaha təsbih insanın tərbiyəsi üçündür.


MƏARİC” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin