Ayə 36, 37, 38, 39:
﴿فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهْطِعِينَ﴾﴿عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ﴾﴿أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ﴾﴿كَلَّآ إِنَّا خَلَقْنَاهُم مِّمَّا يَعْلَمُونَ﴾
“Kafirlərə nə olub ki, sənə doğru tələsirlər; sağdan-soldan, dəstə-dəstə; onların hər biri nemət dolu behiştə tamah salmışmı? Belə deyil, həqiqətən, biz onları bildikləri şeydən yaratdıq.”
Nöqtələr
◘”Muhtiin” dedikdə boyun qaçırmaq, heyrətlə baxmaq və ya bir şeyin ardınca sürətlə getmək nəzərdə tutulur.
◘Həzrət Əli (ə) buyurur: “Həzrət Peyğəmbər (s) münafiqlərlə daim keçinir, onları sağında-solunda əyləşdirir(Qeyd)di. Nəhayət Allah izn verdi ki, onları rədd etsin.” Həzrət hazırkı ayəyə istinad etdi.1 Çünki küfr tanımamaq yox, təslim olmamaqdır. Şeytan Allahı tanıdığı halda Allaha təslim olmadı. (Qeyd)2 Hər halda elm imandan fərqlənir. Münafiqlər Peyğəmbəri (s) tanıyırdılar, amma ona təslim olmurdular. Bu səbəbdən də kafir adlandırılırdılar.
◘”Qibəl” dedikdə üzbəüz, “əzin” dedikdə pərakəndə qruplar mənası nəzərdə tutulur.
◘Ömər Səd aşura günü sübh çağı imam Hüseynin (ə) qətli ilə bağlı qoşununa belə müraciət etdi: “Ey Allah qoşunu, atlarınıza süvar olun, müjdəniz behişt olsun.” (Qeyd)3
◘Kafirlər istehza ilə deyirdilər: “Əgər Peyğəmbərin (s) behişt haqqında dedikləri doğrudursa, biz də behişt əhliyik, hətta onlardan da tez gedəcəyik.
Bildirişlər
1. Quranda elə bir cazibə vardı ki, hətta müxaliflər onu dinləmək üçün Peyğəmbərin (s) ətrafına yığışardılar.
2. Peyğəmbər (s) o qədər qəlbigeniş idi ki, müxaliflər də ondan qaçmırdı.
3. Hər topluma, hər istiqbala aldanmayın.
4. Düşmənlər məlumat əldə etmək, möminlərin qərarlarından xəbər tutmaq üçün onların ətrafına toplana bilər.
5. Kafirlər Peyğəmbərdən (s) üz döndərmişdilər. Amma münafiqlər Peyğəmbərə (s) daha çox yaxınlaşırdılar.
6. Münafiq öz hərəkətləri ilə öyünür, behiştə tamah salır.
7. Münafiqlər iman və əməl olmadan behişt umurlar.
8. Düşmənlər və onların yersiz istəklərinə qətiyyətlə cavab verin.
9. İnsan dəyərsiz bir sudan yaradıldığını bildiyi halda qürrələnir, öz küfr və nifaqı ilə behişt umur.
10. Nədən yaradıldığını bilənlər Allahın yenidən yaratmağa qadir olduğuna inanmalıdırlar.
Dostları ilə paylaş: |