Məscidlə bağlı bir neçə nöqtə
1. Yer üzündə ilk tikili məscid olmuşdur.3 (Qeyd)
2. Məscidin yerinə müqəddəslik olmalıdır. Möminlər deyirdilər ki, Kəhf əshabının məzarı olan yerdə məscid tikək.4 (Qeyd)
3. Peyğəmbərin Mədinədə ilk işi məscid tikmək oldu.5 (Qeyd)
4. Quranda Məscidül-Həramın adı on dəfədən artıq çəkilir.
5. Allah-taala məscidi öz evi sayır və insanların ən üstünü olan İbrahim və İsmail peyğəmbəri bu evə xidmətçi təyin edir.6 (Qeyd)
6. Məsciddə iştirak üçün zinətlənmək tapşırılır.2 (Qeyd)
7. Əgər məscid təqva üzərində qurulmasa və təfriqə yuvasına çevrilsə, sökülməlidir.3 (Qeyd)
8. Məscid o qədər müqəddəsdir ki, hər adama məscid tikmək və ya məscid təmir etmək haqqı verilmir.4 Deyilənlər təqvalı möminlərə məxsusdur.5 (Qeyd)
9. Yəhudilərin və məsihilərin ibadət mərkəzləri o qədər dəyərlidir ki, onları qorumaq üçün candan keçmək lazım gəlir. (Qeyd)6
10. Məscidin öz qayda-qanunları var. Məsciddə ucadan və boş-boşuna danışmaq, alış-veriş söhbəti etmək olmaz.
11. Məscidə doğru atılan hər addımın mükafatı var.
12. Namaz intizarında məsciddə oturmağın mükafatı var.
13. İçində namaz qılınmayan məscid Allaha şikayətçidir.
14. Məscid qonşularının məsciddə qılmadığı namazlar dəyərsizdir.
15. Allah məscid əhlinə xatir başqalarını da əzabdan uzaqlaşdırır.
16. Bir şəxs qəmli halda Abbasi xəlifəsi Mötəsimin yanına gəlib dedi: “Bir oğru öz oğurluğunu etiraf edir.” Xəlifə fəqihləri yığıb bu oğrunun hökmünü soruşdu. Fəqihlərdən biri dedi ki, Təəmmüm ayəsinə əsasən, oğrunun əli kəsilməlidir. Başqa bir fəqih dəstəmaz ayəsini dəlil göstərib, oğrunun əlinin dirsəkdən kəsilməsini hökm verdi. Mötəsim məclisə dəvət olunmuş imam Cavaddan (ə) bu barədə soruşduqda imam buyurdu: “Yalnız dörd barmaq kəsiləcək. Çünki Quranda səcdə yerinin Allaha məxsus olduğu bildirilir. Səcdədə yerə toxunan üzv kəsilməməlidir.” Mötəsim imamın dəlilini qəbul edib, hökmü yerinə yetirdi.7 (Qeyd)
Dostları ilə paylaş: |