Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə138/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   134   135   136   137   138   139   140   141   ...   348
Bildirişlər
1. İbadət məkanları Allaha məxsusdur.

2. Səcdə zamanı yerə toxunan yeddi üzv Allaha məxsusdur və Allahdan qeyrisinə səcdə etmək qadağandır.

3. Məscid ünvanında tikilən və namaz qılınan yeri xüsusi hökmləri var.

4. Quran nəzərincə bəzi məkanların xüsusi müqəddəsliyi ola bilər.

5. Allahla yanaşı, Onunla bir sırada kimsəni çağırmayın.

6. Allaha bəndəlik bütün kamilliklərin müqəddiməsidir.

7. Allaha ibdətdə hərəkətə, istəyə, qərara ehtiyac var.

8. Batil düşüncələr müqabilində qətiyyətlə çıxış etmək lazımdır.

9. Səmimi, ixlasla edilmiş dua dəyərlidir.

10. Başqalarını ixlasa çağıran özü də ixlaslı olmalıdır.

11. Tövhidin elanı ilə yanaşı şirk inkar edilməlidir.

12. Əsl fayda hidayətdən asılıdır. İnkişaf yolunu qəbul etməyən zərərə düşmüşdür. Bəli, inkişafdan savayı hər şey zərərdir.


Ayə 22, 23:

﴿قُلْ إِنِّي لَن يُجِيرَنِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِن دُونِهِ مُلْتَحَدًا﴾﴿إِلَّا بَلَاغًا مِّنَ اللَّهِ وَرِسَالَاتِهِ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا﴾

De ki, həqiqətən, Allah qarşısında kimsə məni qorumayacaq. Ondan savayı sığınacaq tapmayacağam. Allah tərəfindən bəyan etmək və Onun əmrini çatdırmaqdan başqa vəzifəm yoxdur. Allah və Onun rəsuluna itaətsizlik edən üçün, şübhəsiz, cəhənnəm odu olacaq. Bir halda ki, daim həmin odda qalar.”


Nöqtələr
◘Quranda “qul” (“de”) əmri 300 dəfədən çox işlədilmişdir. Peyğəmbərə sualları cavablandırmaq, zənn-güman qarşısında mövqe tutmaq əmr olunur.

◘İxlasa dəvət yollarından biri budur ki, insan bəlalardan kimə sığınacağını bilsin.

◘İlahi peyğəmbərlər insanları Allaha doğru dəvət edirdilər və bunu özlərinə imtiyaz saymırdılar. “Mən də sizin kimi bir bəşərəm”, “Bilmirəm başıma nə gələcək”, “Allahın xəzinəsi mənim əlimdə deyil”, “Allah qarşısında məni kimsə qoruya bilməz” kimi ifadələr uyğun həqiqəti təsdiqləyir.1 (Qeyd)
Bildirişlər
1. İlahi qanunlar qarşısında hamı bərabərdir, kimsə nöqsandan amanda qalmayıb.

2. Peyğəmbər (s) buyurur ki, nəinki sizə xeyir və ya ziyan yetirməkdə gücüm yoxdur, hətta özümdən bəlanı uzaqlaşdıra bilmərəm.

3. Peyğəmbər də xətaya yol versə qəzəbə gələr.

4. Allahın qəzəbindən yeganə qurtuluş yolu vəzifələri yerinə yetirməkdən.

5. Peyğəmbər məsumdur. Buna görə də onunla müxalifət Allahla müxalifət kimidir.


Ayə 24, 25:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin