﴿حَتَّى إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا﴾﴿قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا﴾
“(Onlar qəflət və təkəbbür içindədirlər) Hədələnərkən vəd olunan şeyi görənədək! Biləcəklər ki, kimin yardımçıları daha zəifdir, daha azsaylıdır. De ki, vəd edilənin yaxında olduğunu və ya Rəbbimin onu həyata keçirmək üçün vaxt təyin etdiyini bilmirəm.”
Nöqtələr
◘Bəziləri mallarının və övladlarının çoxluğu ilə qürrələnirlər.1 (Qeyd)Ona görə də Quran buyurur ki, var-dövlətin və ailə-övladın faydasız olduğunu qiyamətdə anlayacaqlar.
◘Qiyamətin vaxtının bilinməməsi bir tərəfdən daimi hazırlıq üçün, digər bir tərəfdən üzüntü yaşanmaması üçün faydalıdır.
Bildirişlər
1. Zaman ötdükcə məsələlər aydınlaşır.
2. Sonda təkəbbür əhlinin başı daşa dəyəsidir.
3. Qiyamət günü insan zəifliyinin zühur günüdür.
4. Allahın iradəsi olmasa peyğəmbər də gələcəkdən xəbərsiz qalar.
5. Bilmirəm demək eyb deyil.
Ayə 26, 27, 28:
﴿عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَدًا﴾﴿إِلَّا مَنِ ارْتَضَى مِن رَّسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا﴾﴿لِيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَى كُلَّ شَيْءٍ عَدَدًا﴾
“O xeyiri bilir və kimsəni öz qeybindən xəbərdar etmir. Yalnız razı olduğu peyğəmbər istisnadır. Sonra öndən və arxadan nəzarətçilər göndərir ki, Rəbblərinin göstərişlərini çatdırıb-çatdırmadıqlarını bilsin. Allah onların yanında baş verənlərdən xəbərdardır və hər şeyi bir-bir saymışdır.”
Dostları ilə paylaş: |