Nur təFSİRİ


"Rəhman və Rəhim Allahın adı ilə"



Yüklə 1,72 Mb.
səhifə142/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   138   139   140   141   142   143   144   145   ...   348
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:

﴿يَا أَيُّهَا الْمُزَّمِّلُ﴾﴿قُمِ اللَّيْلَ إِلَّا قَلِيلًا﴾﴿نِصْفَهُ أَوِ انقُصْ مِنْهُ قَلِيلًا﴾﴿أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا﴾﴿إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلًا ثَقِيلًا﴾

Ey libasına bürünmüş; azcası istisna olmaqla gecəni ayağa qalx; onun yarısını, ya yarısından bir qədər az; ya bir qədər çox, aram və diqqətlə Quran oxu; həqiqətən, biz sənə ağır və dəyərli bir buyuruq vəhy edəcəyik.”


Nöqtələr
◘”Muzəmmil” dedikdə libasına bürünmüş şəxs nəzərdə tutulur. Bəziləri libas sözünün peyğəmbərliyə işarə olduğunu bildirir. Bəziləri isə bu müraciətin peyğəmbərliklə guşənişinliyin bir araya sığmadığını qey edir. Peyğəmbərliyin istirahətlə uyğun olmamasının nəzərə çatdırıldığını deyənlər də var.

◘Quranın aram və düzgün oxunması “tərtil” adlanır.

◘Həzrət Əli (ə) buyurur: “Quranın kəlmələrini kamil şəkildə izhar et, onu şer kimi oxuma, sözləri bir-birindən ayırma. Quran oxumaqla qəlblərinizi riqqətə gətirin, məqsədiniz surəni başa vurmaq olmasın.”1 (Qeyd)

◘İmam Sadiq (ə) buyurur: “Tərtil odur ki, Quran oxunuşunda behişt ayələrinə çatarkən Allahdan behişt istəyəsiniz, cəhənnəm ayələrinə çatarkən Allaha pənah aparasınız.” Həzrət digər bir rəvayətdə buyurur: “Tərtil Quranın gözəl səslə oxunmasıdır.”2 (Qeyd)

◘Mərhum Teyyib “Ətyəbul-bəyan” təfsirində qeyd edir ki, “qəvlən səqila” dedikdə
Əli ibn Əbu-Talibin xilafətinin bəyanına işarə olunur və burada Quran nəzərdə tutulmayıb. Yəni Quran oxu, gələcəkdə sənə ağır və dəyərli bir söz deyiləcək.

◘Quran ağır bir buyuruqdur. Əgər o dağa nazil olsaydı dağ parça-parça olardı.1 (Qeyd)Vəhyin qəbulu və Quranın cəmiyyətdə tətbiqi yetərincə ağır işdir.

◘Həzrət Musa 40 gün Tur dağında Allahla minacata məşğul olsa da, Allah yalnız gecələri qeyd edir.2 (Qeyd) Olsun ki, bunun minacat üçün gecənin daha münasib olmasıdır.
Bildirişlər
1. İslam cəmiyyətinin rəhbəri istirahətə az vaxt sərf etməlidir.

2. İbadət üçün ən yaxşı vaxt gecədir.

3. Gecə namazı Allah tərəfindən təkidlə vurğulanır.

4. Gecə ibadəti İslam peyğəmbəri (s) üçün vacib idi.3 (Qeyd)

5. Ağır məsuliyyətlərin qəbulu üçün ruhi hazırlıq lazımdır.

6. Dini rəhbərlər gecələr ibadət, gündüzlər xalqı oyatmaq üçün hərəkətdə olmalıdır. (Qeyd)4

7. Gecə oyaq qalmaq üçün məhdudiyyət yoxdur. Gecənin yarısını, üçdə birini, üçdə ikisini oyaq qalmaq olar. İbadət məsələlərində xalq üçün sıxıntı yaratmamalıyıq. Hər xəstənin öz dərmanı var.

8. İbadətin yorucu olmaması üçün gecənin bir hissəsini istirahət etmək lazımdır.

9.Gecələr namaz qılmaq və Quran oxumaq ruhi hazırlıq əldə etmək üçün ən üstün vasitədir.

10. Quran tilavətinin öz qaydaları var və bunlardan biri də tərtildir.

11. Quranın hər hissəinin tilavəti o biri hissəsi üçün müqəddimədir.

12. Müdiriyyətdə şəraiti fərqləndirin. Rəhbər ağır işləri öncədən müəyyənləşdirməlidir.


Ayə 6, 7, 8. 9:

﴿إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْءًا وَأَقْوَمُ قِيلًا﴾﴿إِنَّ لَكَ فِي اَلنَّهَارِ سَبْحًا طَوِيلًا﴾﴿وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا﴾﴿رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًا﴾

Həqiqətən, gecə (ibadət üçün) ayağa qalxmaq daha davamlı, danışmaq daha əsaslıdır; həqiqətən, sən gündüzlər çox hərəkət edir, çalışırsan (ibadətə az vaxt qalır); Rəbbinin adını çək, yalnız ona doğru üz tut; o, şərq və qərbin Rəbbidir, Ondan savayı məbud yoxdur, Onu özünə vəkil seç!”


Nöqtələr
◘”Naşiətəl ləyl” dedikdə yuxudan oyanmaq nəzərdə tutulur. İmam Baqir (ə) və imam Sadiqdən nəql olunan rəvayətdə bildirilir ki, bu ifadə gecə namazı üçün oyanış mənasını ifadə edir.5 (Qeyd)

◘”Vətə” bir şeyi ayaq altına almaq mənasını bildirir. Hazırkı ayədə ibadət yolunda qədəm atmaq uyğun sözlə ifadə olunur. İmam Sadiq (ə) “əşəddu vətən” ifadəsi ilə bağlı buyurur: “Nəzərdə tutulan yalnız Allaha üz tutmaq məqsədi ilə yataqdan qalxmaqdır.” (Qeyd)2

◘”Təbəttəl” dedikdə nəfs istəklərindən uzaqlaşıb Allah barədə düşünmək nəzərdə tutulur. İmam Baqir (ə) buyurur: “Təbəttum” dedikdə namazda təkbir məqsədi ilə əlləri qaldırmaq nəzərdə tutulur.” İmam Sadiq (ə) isə uyğun sözün dua zamanı xüzu-xüşu halına işarə olduğunu bildirir.3 (Qeyd)


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin