﴿قُلْ يَآ أَيُّهَا ٱلَّذِينَ هَادُواْ إِن زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُاْ ٱلْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ﴾
“De ki, ey yəhudilər, başqalarının yox, yalnız sizin Allah övliyası olduğunuzu güman edirsinizsə, əgər (düşünürsünüzsə ki) doğru deyirsiniz, onda ölüm arzulayın. (Bu yolla Allahın övliyaları üçün müəyyənləşmiş mükafata çatın.)”
Ayə 7:
﴿وَلَا يَتَمَنَّوْنَهُ أَبَداً بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَٱﷲُ عَلِيمٌ بِالظَّالِمِينَ﴾
“Amma onlar bundan öncəki əməllərinə (səmavi kitabı təhrif etdiklərinə və peyğəmbəri təkziblərinə) görə heç vaxt ölüm arzulamazlar. Allah sitəmkarları yaxşı tanıyır.”
Nöqtələr
◘Bəzi Quran ayələrində bildirilir ki, yəhudilər özlərini başqalarından üstün sayırdılar. Hətta Allahın övladı olduqlarını iddia edirdilər.1 (Qeyd) Hansı ki sərvət toplayan insanlar dünyapərəstdirlər.2 (Qeyd) Ayədə yəhudilər bir növ mübarizəyə çağırılır. Bildirilir ki, əgər Allahın övliyasısınıza, ölümü həvəslə qarşılayın. Onlar iddia edirdilər ki, behiştə daxil olacaq iki qrupdan birincisi onlardır.3 (Qeyd)Əgər beləsə, nə üçün ölüm istəmirlər?!4 (Qeyd)
◘Yəhudilərdən soruşulur ki, nə üçün ölümdən qorxursunuz? Əgər axirət səfərini dünya səfərinə bənzətsək, görərik ki, səfərə çıxan insanın bir neçə səbəbdən nigarançılığı ola bilər:
a) Birinci narahatçılıq yanacağın yetərincə olub-olmaması ilə bağlıdır. Axirət azuqəsi toplayan üçün nigarançılıq yoxdur.5 (Qeyd)
b) Bəziləri nəqliyat vasitəsini oğurladıqlarından qorxurlar. Amma halal yolla qazanan insan üçün axirət səfəri təhlükəsizdir.
v) Bəzən səfərə çıxan insan qanunsuz yük apardığı üçün qorxur. Axirət səfərinə çıxan insanın günah yükü yoxsa narahatçılığı da yoxdur.
q) Bəzən səfərə çıxan insan yüksək sürətdən qorxur. Həyatda ifrat və təfritə varmayanlar, orta həddi gözləyənlər nədən qorxmalıdır?!6 (Qeyd)
d) Bəzən insan səfər yoldaşlarını tanımadığından narahat olur. Dünyada yaxşı insanlarla yoldaşlıq edən üçün axirət səfəri bu baxımdan qorxusuzdur.
j) Bəzən insan yolda tək olduğu üçün qorxur. Yaxşı insanlarla bir karvanda səfərə çıxan insan narahat deyil.
z) Bəzən insan qorxur ki, mənzilə çata bilməsin. Zərrəcə əməlinin hədərə getmədiyinə əmin olan axirət yolçusu bu baxımdan nigaran deyil.7 (Qeyd)
◘Əbuzərdən soruşdular ki, nə üçün ölümdən qorxuruq? Belə cavab verdi: “Siz dünyanızı abad etmiş, axirətinizi xaraba qoymusunuz. Abadlıqdan xaraba yerə getmək istəmirsiniz.”8 (Qeyd)
◘Həzrət Əli (ə) buyurur: “And olsun Allaha, mənim ölümə həvəsim korpənin anasının sinəsinə olan həvəsindən çoxdur.”9 (Qeyd) Əmirəl-möminin (ə) Kufə məscidinin mehrabında başından zərbə alarkən buyurdu: “And olsun Kəbənin Allahına, qurtuldum.”
◘İmam Hüseyn (ə) geniş bir xütbədə belə buyurur: “Ölüm Adəm övladı üçün gəlin boynundakı boyunbağı kimi gözəldir.”10 (Qeyd)
◘Ayədə yəhudilərə müraciət olunsa da ölümə hazırlıq bütün iman və ilahi vilayət əhlinin iddiası üçün ölçüdür.
Bildirişlər
1. Allah-taala başqa din nümayəndələri və müxaliflərlə söhbət qaydalarını Peyğəmbərə (s) öyrədir.
2. Məntiq və vicdanla şübhə və boş fikirlərə cavab verin.
3. Mənəvi və dini işlərdə inhisarçılıq qadağandır.
4. İfratçılığın, puç təxəyyüllərin qarşısı alınmalıdır.
5. Ölümə hazırlıq iman iddiasının dəyərləndirmə meyarıdır. Dost dostla görüşə can atır. Əgər Allahla dostsunuzsa nə üçün onunla görüşdən qaçasınız?!
6. Elə dəlillər göstərin ki, düşmənin danışmağa sözü qalmasın.
7. Ölümdən qorxunun kökü insanın öz əməllərindədir.
8. Bir çoxları yalandan övliyalıq iddiası edir. Allah çirkin batinlərdən agahdır.
Ayə 8:
Dostları ilə paylaş: |