“Bununla belə, tamahı var ki, artırım; heç vaxt! Çünki o ayələrimizə qarşı inad göstərdi; tezliklə onu ağır əzaba düçar edərəm; həqiqətən, o, (Quranla mübarizə üçün) düşündü və ölçüb-biçdi; ölüm olsun ona, necə ölçüb biçdi! Yenə ölüm olsun ona ki, pis ölçüb biçdi; sonra baxdı; sonra üzünü turşutdu, işə tələsdi; sonra arxa çevirib təkəbbür göstərdi; sonra dedi: “Bu (Quran) nəql olunan sehrdən başqa bir şey deyil; bu yalnız bir bəşər sözüdür.”