Nöqtələr
◘”Ənid” sözü “inad” sözündəndir. Yəni kafirlər haqqı anlayırdılar, amma inadkarlıq səbəbindən onu qəbul etmək istəmirdilər.
◘”İrhaq” sözündən olan “urhiqu” sözü bir şəxsi çətin işə vadar etmək mənasını bildirir.
◘”Səud” dedikdə elə bir dolama nəzərdə tutulur ki, ondan ötüb-keçmək, onunla yuxarı qalxmaq çətin olsun.
◘”Qəddərə”, “təqdir” sözləri Quranın sehr, şer, kahinliklə müqayisəsinə işarədir.
◘Quran həm küfr, həm yalana münasibətdə “qutilə” sözünü işlədir.1 (Qeyd)
Peyğəmbər və Qurana qarşı fitnəkarlığa münasibətdə isə uyğun söz iki dəfə işlədilmişdir.
◘23-cü ayədə buyurulur ki, indi görək haqqa arxa çevirən, ona qarşı çıxanın cəzası nədir?
Quran haqqı tanıdığı halda onu inkar edənlərin çeşidli cəzalara düçar ediləcəyini bildirir: Həyatda istiqamətlərini itirərlər, şeytanın hiylələri onu yer üzündə avara qoyar2; (Qeyd)Allah onun qəlbini sıxıntıya salar3;(Qeyd) Dolanışığı çətinləşər4;(Qeyd) Bədbəxtlik ona hakim kəsilər.5 (Qeyd)Həmin gün kafirlər əzab zillətini yaşayasıdır; belələri ilahi nemətlərdən düzgün faydalana bilməzlər. Quran buyurur ki, Allah onların qəlbini, qulağını, gözlərini möhürləyər, ilahi həqiqətləri dərk edə bilməzlər6; (Qeyd)Əməlləri ilğım kimi puç olar1;(Qeyd) Bütün əməlləri iti küləyin hədələdiyi kül kimi olar(Qeyd)2; Onların zərərləri hər an artar
3;(Qeyd) Daim haqq yoldan uzaqlaşarlar4(Qeyd); Cəhənnəmdən savayı bir yolları qalmaz.5 (Qeyd)
◘Əmirəl-möminin Əli (ə) “Nəhcül-bəlağədə” müsəlmanları məzəmmət edir ki, nə üçün düşmənlər sizə plan cızdığı bir vaxt yatırsınız?!6 (Qeyd)
◘İnadkar insanlar adətən qaba davranır, mötədillikdən uzaq olur. “Əbəsə” və “bəsərə” sözləri demək olar ki,eyni mənanı bildirir. Hər iki söz amansızlığa işarədir.
Bildirişlər
1. Allahdan uzaq düşmüş insan tamahkar və acgözdür.
2. Düşmən bir çox arzularına çatmaz.
3. Yersiz istəklərə sərt cavab verin.
4. İnsana inadkarlıq ruhu hakim olduqda o ilahi ayələri təkzib edir.
5. İnadkarlıq ilahi nemətləri puça çıxarır.
6. İnadkarlıq üzücü əzaba səbəb olur.
7. Dünyada məsdedici rifah və ləzzət qiyamətdə ağır əzabla sonuclanır. Bəli, hər enişin bir yoxuşu var.
8. Düşmən düşüncəli və proqramlı hərəkət edir.
9. Düşmənin proqramı Quran, ilahi ayələrlə mübarizə üzərində qurulub.
10. Puç düşüncələr və azğın mütəfəkkirlər var.
11. Fitnəkarlar bilsinlər ki, gələcək nəsillər onları lənətləyəcək.
12. Düşməni lənətləmək nəinki caizdir, hətta zəruridir.
13. İşi-gücü insanların əqidəsini zəhərləmək olan fərdlər, azğın rəhbərlər daim lənətlənməlidir.
14. Pis düşüncə təhlükə işlər üçün müqəddimədir.
15. Bir anlıq düşüncə uzun illər davam edəcək xeyir və şər iş üçün müqəddimə ola bilər.
16. Düşmən nəzarət və araşdırmalar yolu ilə dinə qarşı tədbirlərini gücləndirir.
17. Düşməndən təbəssüm gözləməyək.
18. Düşmən müvəffəqiyyətə çatmaq üçün xeyli vaxt sərf edir.
19. Kafirlər də Quranı cazibədar, sirli kəlam sayır.
Dostları ilə paylaş: |