Ayə 20, 21, 22, 23, 24, 25:
﴿كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ﴾﴿وَتَذَرُونَ الْآخِرَةَ﴾﴿وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ﴾﴿إِلَى رَبِّهَا نَاظِرَةٌ﴾﴿وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ﴾﴿تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ﴾
“Belə deyil, bu ötəri dünyaya bağlanmısınız; axirəti boşlamısınız; həmin gün bəzi çöhrələr şad, şux olar; onlar Rəbblərinə (Onun lütf və mükafatına) göz dikmişlər; bəzi çöhrələr həmin gün tutqun olar; çünki sarsıdıcı əzaba düçar olacaqlarını bilirlər.”
Nöqtələr
◘”Nazirə” dedikdə bol nemətdən yaranan şadlıq mənası anlaşılır. Başqa ayələr də bu ayəni təsdiqləyir. (Qeyd)1
◘Olsun ki, “nazirə” dedikdə nemət intizarı nəzərdə tutulur. İmam Rizadan (ə) nəql olunmuş rəvayətdə oxuyuruq: “Onlar Rəbblərinin mükafatı intizarındadırlar.” (Qeyd)1
◘Ayədə insanların öz Rəbbinə doğru baxdığı buyurulsa da, “Ənam” surəsinin 103-cü ayəsinə əsasən Allahı fiziki gözlə görmək mümkün deyil və qiyamətdə Onun lütfləri müşahidə olunur.
◘”Basirə” dedikdə çöhrənin tutulması mənası anlaşılır.
◘”Faqirə” sözü “fəqar” sözündən olub fəqərə sütunları mənasını bildirir. Fəqir sözü də həmin kökdəndir. Yoxsul insanın sanki fəqərə sütunları qırılmışdır. “Faqirə” dedidkə belqırıcı, sarsıdıcı mənası anlaşılır.
Bildirişlər
1. Sorğu-sualın psixoloji kökləri var. Qiyamətin sual altına alınması dünyaya bağlılıqdan qaynaqlanır.
2. Dünyaya bağlılıq həddi aşdıqda, qiyaməti unutdurduqda məzəmmət olunur. (Qeyd)2
3. Dünyaya bağlılıq məadın inkarı üçün zəmindir.
4. Dünya ötəridir. Dünya sona tələsirmiş kimi sürətlə ötür.
5. İki eşq bir qəlbə sığmaz.
6. İnsan tələskən yaradılıb. (Qeyd)3 Özümüzü düşüncə və vəhylə cilovlamasaq yalnız dünyaya doğru tələsəsiyik.
7. Tərbiyə üsullarından biri mükafat və cazanı müqayisə etməkdir.
8. Psixoloji mövzular insanın çöhrəsində iz buraxır. Çöhrənin rəngi insanın içindən danışır.
9. Dünyada yalnız Allaha ibadət edənlər(Qeyd)4, yalnız Ona sığınanlar(Qeyd)5, yalnız Ona əyilənlər və Ondan başqasından qorxmayanlar(Qeyd)6 qiyamət günü yalnız Onu seyr edirlər.
10. Dünyaya bağlılıq, axirətin unudulması qiyamətdə qəm-qüssəyə, şöhrələrin tutqunluğuna səbəb olur.
Dostları ilə paylaş: |