Cümə gününün dəyəri
İslamda cümə günü digər günlərdən daha əhəmiyyətli sayılır. Bu barədə rəvayətlər çoxdur. Onlardan bəzilərini yada salaq:
- Əziz İslam peyğəmbəri (s) buyurur: “Cümə günü həftə günlərinin ağasıdır, Allah-taalanın yanında ən böyük mərtəbəyə malikdir.2 (Qeyd)
- Cümə günü məhrumlara və yoxsullara kömək günüdür. Hədisdə bildirilir ki, sədəqə və infaqlarınızı cümə günü verin.3 (Qeyd)
- Cümə günü müsəlmanların bayramıdır.4 (Qeyd)
- Cümə günü imam Mehdinin (ə. c.) zühur günü, qeyb dövrünün başa çatdığı gündür.5 (Qeyd)
-Cümə günü səmanın qapıları insanların əməlləri üçün açılar.6 (Qeyd)
-Əziz Peyğəmbər (s) buyurur: “Cümə günü Allah-taala yaxşı işləri artırar, pis işləri məhv edər. Möminlərin dərəcəsi artar, duaları qəbul olar, bəlalar uzaqlaşar, möminlərin duası qəbul olar.7 (Qeyd)
◘Hər kəs cümə günü ata-anasının qəbrini ziyarət etsə onun günahları bağışlanar, adı yaxşılarla yanaşı yazılar.8 (Qeyd)
◘Cümə günü cümə qüslünü tərk etməyin. Bu Peyğəmbər (s) sünnəsidir. Həmin gün ətirlənin, yaxşı libas geyin.9 (Qeyd)
◘Həzrət Peyğəmbər (s) buyurur: “Sizə kimlərin behişt əhli olduğunu deyimmi? O insanlar ki, möhkəm isti və soyuq onu cümə gününün əməllərindən ayırmır.”10 (Qeyd)
◘Cümə günü bacardıqca çox xeyir iş görün.11 (Qeyd)
◘Cümə günü təmizliklə məşğul olan, dırnağını tutan, saçlarını vurduran, dişlərini fırçalayan, cümə namazına gedən insanı 70 min mələk müşayiət edir və onun üçün bağışlanma diləyir.1 (Qeyd)
Dostları ilə paylaş: |