Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə170/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   166   167   168   169   170   171   172   173   ...   348
Nöqtələr
◘”Təraqi” dedikdə boğaz boyu düzülmüş sümüklər nəzərdə tutulur.

◘Xəstənin şəfa tapmasına səbəb olan vird və zikrlər “Ruqyə” adlanır. “Raq” dedikdə xəstənin ölümdən qurtarmasına səbəb olan istənilən bir şey nəzərdə tutulur.

◘”Zənn” sözü bəzən elm mənasında işlənir. Uyğun söz 29-cu ayədə də həmin mənada işlədilmişdir. Ayədə buyurulur ki, insan can verdiyi vaxt ayrılığa əmin olur.

◘Rəvayətdə bildirilir ki, ölüm zamanı var-dövlət, övladlar və əməllər insanın gözünə görünür. Var-dövlət “mən sənin əlindən çıxdım”, övladlar “biz səninlə qəbrə qədərik”, əməllər isə “həmişə səninləyəm” söyləyir. (Qeyd)1

◘İnsan bəzən rəhmət mələkləri vasitəsi ilə behiştə, bəzən də əzab mələkləri vasitəsi ilə cəhənnəmə aparılır.

◘Hədisdə bildirilir ki, namazı düşüncəli şəkildə tərk edən insan kafirdir. Quran da namazdan uzaqlığı küfr nəticəsi sayır.

◘Təfsirçilər bildirirlər ki, 31-ci ayədən başlayaraq Əbu Cəhlin təkəbbür və qürurundan danışılır. Belə bir təfsir doğru olarsa da, ümumi məzmuna xələl gəlmir.

◘”Yətəmətta” sözü “mətt” sözündən olduqda ayaqları uzatmaq, “məta” sözündən olduqda arxa çevirmək mənasını bildirir. Hər iki hərəkət təkəbbür nişanəsidir.

◘Hazırkı ayələrdə azğınların canvermə səhnəsi təsvir olunur. İmam Sadiqin (ə) buyuruğuna əsasən möminlər üçün ölüm ən gözəl ətirləri qoxulamaq kimidir. (Qeyd)2

◘Hədisdə bildirilir ki, ölümü xatırlayan insanın şəhvəti sönükür, qəfləti aradan qalxır, diqqəti güclənir. Ölümün yada salınması qəlbi yumşaldır, hərisliyi aradanq aldırır, dünyanı insanın gözündə kiçildir. Həzrət Peyğmbər (s) bir saat düşüncəni uzun müddət ibadətdən xeyirli sayır. (Qeyd)3

◘Həzrət Əli (ə) insan ömrünün son anlarını, ölüm saatlarını belə təsvir edir: “Ölüm zamanı geriyə qaytarılması mümkün olmayan və ömür boyu göprünməmiş bir səhnə yaranır. Həmin vaxt əmin olduqları dünya ilə ayrılıq sorağlarına gəlir, həmişə nəzərlərinə çatdırılan axirətə üz tuturlar. Yaşadıqları həmin anlar vəsfəgəlməzdir. Canvermənin ağırlığı, dünyadan ayrılıq qəmi onlara hücum edir. Bədənlər süstləşir, rənglər dəyişir. Ölüm aram-aram onların vücudunu bürüyür. Dilləri işdən düşür, ailə arasında yıxılıb qalırlar. Gözləri, qulaqları və düşüncələri hələ ki işdədir. İnsan düşünür ki, ömrünü hansı yolda sərf edib? Ömür boyu topladığı var-dövləti xatırlayır. Bu malı yığarkən gözlərini yummuş, halal-harama baxmamış, şübhəli addımlar atmışdır. İndi onların günahı çiyninə yüklənib. Bu maldan ayrılmaq lazımdır. Onları varisləri üçün qoyub gedir. Bu malın ləzzəti başqalarına, ağrısı ona çatdı. Özünü onlara girov etdi. Peşimançılıqdan əlini dişləyir... Ruhu aram-aram qulaqlarından, sonra gözlərindən çıxır. Ruh bədənini tərk edir. Yaxınları arasında leş tək yıxılıb qalır. Hamı ondan qorxub çəkinir. Fəryadlara, nalələrə cavab vermir.

Sonra onu qəbirə, mənzilinə doğru aparır, dəfn edirlər onu əməllərinə tapşırıb gedirlər.”1 (Qeyd)

◘Bəzən insan şübhədə olduğundan qarşısına çıxan mövzunu nə qəbul, nə də rədd edir. Həzrət Salehə dedilər ki, biz sənin çağırışlarına şübhə içindəyik.2 (Qeyd) Bəzən isə insan inadkarlıq göstərib deyilənləri inkar edir. Hazırkı surənin 32 ayəsi deyilənlərə misal ola bilər.

◘”Əvlaləkə” ifadəsi “vəylun ləkə” ifadəsi kimi məzəmmət xarakteri daşıyır. İmam Riza (ə) həmin ayəni belə təfsir edir: “Dünya xeyri sənin, axirət xeyrindən uzaq ol.” (Qeyd)3

◘Ayələrdə təkəbbür əhli üçün nəzərdə tutulmuş cəza qeyd olunmur. Belə ki, onlar istənilən bir bədbəxtliyə düçar ola bilər.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin