Ayə 5, 6:
﴿إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِن كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا﴾﴿عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا﴾
“Həqiqətən, xeyir əməl sahibləri kafur (ətirli ot) qatılmış qədəhdən içəcəklər; elə bir çeşmə ki, Allahın bəndələri ondan içər, onu istədikləri kimi axıdar.”
Nöqtələr
◘”Əbrar” sözü ya “bərr”, ya da “barr” sözünün cəm formasıdır. Hər halda “bərr” dedikdə genişlik mənası anlaşılır. Çöl, səhra, biyaban geniş olduğundan “bərr” adlandırılır. Xeyir əməl sahibi olan insanın ruhu böyükdür. Bu qəbil insanlar bir iş gördükdə var-dövlət qazanmaq yox, ilahi məqsəd izləyirlər. Onların ehtiyaclılar üçün ətəyi geniş olduğu kimi mükafatları da böyükdür.
◘”Kafur” dedikdə sərinlik və bəyazlıqda zərbül-məsəl olmuş ətirli ot nəzərdə tutulur.
◘”Təfcir” sözü yırtmaq, yarmaq mənasını bildirir. Günahla həya pərdəsini yırtan insana “facir” deyilir. Amma “fəcr” dedikdə gecənin qaranlığını yaran nur nəzərdə tutulur.
◘Rəvayətlərə əsasən, hazırkı ayələrdə “əbrar” dedikdə Peyğəmbər (s) Əhli-beyti (ə) nəzərdə tutulmuşdur. Ayələrdə onların oruc nəzr etdiyi, öz iftirlarını yetim, miskin və əsirə verdiyi bəyan olunur.
Bəziləri bu surənin Mədinədə nazil olduğunu iddia etsələr də, onun Məkkədə nazil olduğunu bildirənlər də var. Onların nəzərincə Həsən və Hüseyn Mədinədə dünyaya göz açmışdır və bu əsasla ayələrin Əhli-beyt (ə) haqqında nazil olmadığı nəzərə gəlir. Çünki onların xəstəliyi, Peyğəmbərin (s) onları yoxlaması və valideynlərinin oruc tutması Mədinədə baş vermişdir.
Cavab olaraq deməliyik ki, bir çox Məkkə surələri arasında Mədinə ayələri var. Bu növ duanı həmin ayələrdəki “əsir” sözü də təsdiqləyir. Çünki Məkkədə əsir yox idi və yalnız Mədinəyə hicrətdən sonra müharibələrdə əsir götürülmüşdür.
Bildirişlər
1. Ehsan və yaxşılıq Allaha şükr göstəricilərindəndir.
2. Behişt içkilərinə ətirli maddələr qatılmışdır.
3. Behişt nemətlərindən yalnız özünü bəndəlik mərhələsinə çatdıranlar fayadalanar.
4. Allah bəndələrinin dünyadakı məhrumiyyətləri qiyamətdə ödənər.
5. Peyğəmbər (s) Əhli-beyti (ə) məhrumlara yardıma görə “əbrar”, Allaha itaətinə görə “ibadullah” adlandırılmışdır.
6. Allahın bəndələri xeyir əməllərə tələsir, xeyir əməl sahibləri Allaha bəndə olur.
7. Behişt əhlinin istəkləri həyata keçir.
Dostları ilə paylaş: |