Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə181/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   177   178   179   180   181   182   183   184   ...   348
Behişt nemətləri
◘Behişt nemətləri ilə dünya nemətləri arasında bir çox fərqlər var. Həmin fərqlərdən bəzilərini nəzərdən keçirək:

-Behişt nemətləri boldur3;(Qeyd)

-Behişt nemətləri mövsümi, müvəqqəti deyil4;(Qeyd)

-Behişt nemətlərindən bəhrələnən zaman heç bir maneə olmur5;(Qeyd)

-Behişt əhli oranın nemətlərindən istifadə edərkən seçim aparırlar6;(Qeyd)

-Hər növ istəyə uyğun nemət var7;(Qeyd)

-Behişt nemətlərindən istifadənin heç bir bəla və zərəri yoxdur8;(Qeyd)

-Behişt əhli oranın nemətlərindən heç bir zəhmətsiz bəhrələnir9;(Qeyd)

-Behişt xidmətçiləri insanların istədiyini onlar üçün hazırlayır;

-Behişt xidmətçiləri həm gözəldirlər, həm də qocalmırlar;

-İnsanlar tam rahatlıq içində ləzzət alırlar10;(Qeyd)

-Behiştdə paxıllıq və rəqabətə yer yoxdur11;(Qeyd)

-Nemətlər Allahın razılığı və salamı ilə müşayiət olunur12;(Qeyd)

-Möminlərin züryəti də onlara qoşulub kama çatar13;(Qeyd)

-Behişt əhli Allahın övliyaları ilə qonşu olar14;(Qeyd)

-Behişt nemətləri çeşidlidir.15 (Qeyd)


Bildirişlər
1. Behiştdə istiqbalın səciyyəvi xüsusiyyətləri var: behiştdə insanların istiqbalına çıxanlar daim onların ətrafındadır və hansısa istəyə ehtiyac yoxdur; behiştdəki məsullar behişt əhlini hər tərəfdən görür; behişt əhlinin istiqbalına çıxanlar cavanlardır1;(Qeyd) onların qiyafələri mərcan kimi işıq saçır; behişt əhlinin hökuməti əhatəlidir, istiqbala çıxanların libasları yaşıl rəngdə nazik və qalın ipəkdəndir; behişt əhlinə Allah-taala özü pak şərab içirər (İmam Sadiq (ə) buyurur: “Bu şərab behişt əhlinin qəlbini Allahdan qeyrilərindən paklayar”2). (Qeyd)

2. Behişt ilahi bir fəzl və lütf olsa da, Allah-taala onu xeyir əməl sahibləri üçün muzd sayır ki, onlar bununla fəxr etsinlər.

3. Allah işin kəmiyyət və miqdarına görə yox, insanın niyyəti və işin keyfiyyətinə görə mükafatlandırır. (Bəli, ixlas və isar səbəbindən bir tikə arpa çörəyi müqabilində böyük mükafat verilir)

4. İnsanlardan mükafat və təşəkkür gözləməyən kəsi Allah özü mükafatlandırır, ona təşəkkür edir.

5. Başqalarının təlaşları müqabilində təşəkkür ilahi sifətlərdəndir.

6. Dəyərsiz nütfədən yaranmış insan iman, saleh əməl, ixlas və isar sayəsində elə bir məqama yüksəlir ki, varlıq aləminin yaradıcısı ona təşəkkür edir.


Ayə 23, 24, 25:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin