Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə187/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   183   184   185   186   187   188   189   190   ...   348
Nöqtələr
◘”Urf” dedikdə işin ardıcıllığı nəzərdə tutulur. Atın düzümlü yalına da urf deyirlər. Bu söz yaxşı, bəyənilmiş mənalarını da ifadə edir. “Məruf” sözü bu sözdəndir.

◘Surənin başlanğıcındakı beş and üç şəkildə təfsir olunur:

a) Bəzi təfsirçilərin nəzərincə ayələrdə külək və tufanlar nəzərdə tutulur1;(Qeyd)

b) Bəzilərinin əqidəsincə, ayələrdə müxtəlif mələklər nəzərdə tutulmuşdur2;(Qeyd)

c) Bəziləri isə elə düşünürlər ki, 1-ci və 2-ci ayədə külək və tufan, 3-cü, 4-cü və 5-ci ayələrdə mələklər nəzərdə tutulur. 3-cü ayənin əvvəlindəki “vav” (“və”) bağlaıcısı uyğun ölçüyə səbəb sayılır. Çünki “vav” ayrılma, “fa” birləşmə göstəricisidir.

◘”Əl asifat” sözü şiddətli külək mənasını bildirən “asəf”, sözünün cəm formasıdır. “Yunus” surəsinin 12-ci ayəsində uyğun söz şiddətli külək mənasında işlədilmişdir. Başqa surələrdə də həmin təbirlə rastlaşırıq.1 (Qeyd)

◘Əgər “asifat” sözünü mələklər mənasında tərcümə etsək ayə belə anlaşılar ki, mələklər Allahın əmrlərini ciddi və sürətlə yerinə yetirilər. Oxşar məzmunlu başqa ayələr də var.2 (Qeyd)

◘Küləklər və mələklərə yanaşı şəkildə and içilməsinin səbəbi onlar arasındakı oxşarlıq ola bilər. Həm mələklər, həm də küləklər lətif və sürətlidir, yaranış və müdiriyyətdə müəyyən rol oynayırlar.

◘”Mulqiyat” sözü cəm formada işlədilmişdir. Bunun səbəbi vəhy mələyi Cəbraillə yanaşı mələklərin nazil edilməsi ola bilər. Başqa bir səbəb də göstərmək mümkündür. İnsana xəbərdarlıq və təlqin həm mələklər, həm fərdlər, həm də hadisələrlə həyata keçə bilər.

◘Allah-taala insanlara xəbərdarlığı başa çatdırır, höccəti tamamlayır. Bununla da heç bir bəhanə və üzürxahlığa yer qalmır. “Taha” surəsinin 134-cü ayəsində oxuyuruq: “Əgər peyğəmbərlərin gəlişindən qabaq insanları həlak etsəydik üzr istəyib deyərdilər: nə üçün bundan öncə peyğəmbər göndərmədin ki, ona tabe olub əzaba düşməyək?!”

◘”Naşirat”, “fariqat”, “mulqiyat” sifətlərində tabii bir ardıcıllıq var. Yəni öncə mələklər maarifi yaymalı, sonra yayılmış maarif sayəsində haqq batildən seçilməli, nəhayət, zikr təlqin edilməlidir.3 (Qeyd)
Bildirişlər
1. Allah tərəfindən göndərilən şeylər müqəddəsdirvə onlara and içmək olar.

2. Allahın lütfü daimi, ardıcıldır. (Bu məna o zaman ödənir ki, “urf” sözü ardıcıl mənasında qəbul edilsin)

3. Allah tərəfindən nazil olan hər nə xeyirdir. (Bu məna o zaman ödənir ki, “urf” sözü xeyir mənasında qəbul olunsun)

4. Varlıq nizamında külək də əbəs yerə əsmir.

5. Mühüm tapşırıqlar sürətlə yerinə yetirilməlidir.

6. İlahi dünya görüşündə mülayimliyin öz yeri, sərtliyin öz yeri var.

7. Nəşr edib yaymaq hansısa çərçivələri aşmaq demək deyil.

8. Varlıq nizamında iş bölgüsü var, hərəyə bi iş tapşırılmışdır. Bu bölgü müvəffəqiyyətli müdiriyyət göstəricisidir.

9. İlahi nizamda həm təbiət, həm də şəriət işləkdir.

10. Təlim-tərbiyə işlərində mövzu qarşı tərəfə açıqlanmalıdır.

11. İstənilən bir zikr, ilham, elm və təlqin Allah tərəfindəndir.

12. Allah haqq və batil arasında fərq qoymaqla həm xəbərdarlığı başa çatdırmış, həm də xəbərdarlıq etmişdir.

13. Tərbiyəvi tədbirlərdə bəhana yolları kəsilməlidir.

14. Qiyamətin bərpası kimi mühüm işlər üçün müxtəlif andlar faydalı və təsirlidir.

15. İnsan qiyamətlə bağlı xatırlatmalara daim möhtacdır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin