Nur təFSİRİ


Ayə 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34



Yüklə 1,72 Mb.
səhifə191/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   187   188   189   190   191   192   193   194   ...   348
Ayə 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34:

﴿أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا﴾﴿أَحْيَاء وَأَمْوَاتًا﴾﴿وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاء فُرَاتًا﴾﴿وَيْلٌ يوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾﴿انطَلِقُوا إِلَى مَا كُنتُم بِهِ تُكَذِّبُونَ﴾﴿انطَلِقُوا إِلَى ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ﴾﴿لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ﴾﴿إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ﴾﴿كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ﴾﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾

Məgər yeri dirilər və ölülər ictima məhəlli qərar vermədik? Orada möhkəm və uca dağlar yaratdıq, sizə şirin su içirdik; həmin gün vay olsun təkzib edənlərə! (Günahkarlara deyilər) Gedin təkzib etdiklərinizə doğru; gedin üç şaxəli kölgəyə doğru; o nə soyuqdur, nə də od şölələrindən amandadır; həqiqətən, cəhənnəm qəsr boyda qığılcımlar saçar; onlar sarı tüklü dəvələr kimidir; həmin gün vay olsun təkzib edənlərə!”


Nöqtələr
◘”Kifat” dedikdə bir şey qoyulmuş və ya nələrinsə toplandığı məhəl nəzərdə tutulur. Rəvayətdə bildirilir ki, imam Sadiq (ə) qəbristanlığa baxıb buyurdu: “Bura ölülərin kifatıdır.” Sonra evlərə baxaraq buyurdu: “Bunlar isə dirilərin kifatıdır.” (Qeyd)1

◘”Zilli zi səlasi şüəb” dedikdə cəhənnəm odunun böyük tüstüsündən yaranan kölgə nəzərdə tutulur. Təbii ki, belə bir kölgə rahatlıq yox, əzab-əziyyətə səbəb olur, hətta yandırıcıdır. Bu tüstü o qədər əzəmətlidir ki, budaqlara bölünür, bir şaxəsi baş üzərinə, bir şaxəsi sağ tərəfə, bir şəxəsi sola yüksəlir. O cəhənnəm əhlini bürüyüb kamına alır. Cəhənnəm odundan qalxan şölələr dünyadakı uca qəsrlər kimidir. Onlar sarı rəngli dəvələrə bənzəyir. Quran sanki sarayda yaşayanları, qızıl-gümüş toplayanları qəsr kimi uca qığılcımlarla hədələyir.

◘”Şamixat” sözü uca dağlar, “furat” sözü şirin su mənasını bildirir.

◘”Zullin zəlil” dedikdə daimi kölgə, “zullin la zəlil” dedikdə faydasız və sərinliyi olmayan kölgə nəzərdə tutulur.

◘”Cimalət” sözü dəvə mənası bildirən “cəməl” sözünün cəm formasıdır. “Sufr” sözü sarı mənasını bildirən əsfər sözünün cəmidir.

◘Allah-taala yer üzünü genişləndirməklə, onun hərəkətini nizamlamaqla, dağlar vasitəsi ilə onu aramlaşdırmaqla, insanların ehtiyac duyduğu şirin su təminatı ilə, müxtəlif bitkilər və heyvanlar yaratmaqla yaşayış üçün ən münasib formaya salmışdır. Yer üzü sanki mikrobları öldürən bir mexanizimdir. Torpaq bulaşıq suyu alıb saf su verir. Saflaşdırma prosesi təbii, pulsuz, daimi, ümumi, xətasız həyata keçir. Doğrudan da, torpaq olmasaydı, üfunət yer üzünü bürüyərdi.

◘Allahın əzabı günahkarları hər tərəfdən əhatəyə alır. Bəli, günahkarın qaçmaq üçün yolu yoxdur. Yeganə yol cəhənnəmə doğrudur. Digər ayələrdə də uyğun məfhum təsdiqlənir. (Qeyd)2


Bildirişlər
1. Yer üzü canlılar üçün ən münasib məhəldir. Onun köksü isə ölülər üçün daha münasibdir.

2. Dağlar su təminatı üçün münasib mənbələrdir.

3. Qiyamət səhnəsi o qədər ağrılıdır ki, həmin səhnədən cəhənnəmə yola düşənlər sanki rahatlığa çıxır.

4. Cəhənnəmi qatı toz bürümüşdür. Onun kölgəsində heç bir rahatçılıq yoxdur.

5. Dünyada haram yolla əldə edilən saraylar və sərmayələr qiyamətdə cəhənnəm qığılcımlarına çevrilər.

6. Cəhənnəm alovunun şölələri qəsr kimi ucalıb, dəvə kimi qalxdığı vaxt həmin odun öz dəhşətinə bax!

7. Bütün günahların kökü puç əqidələrdir. Etiqadı olmayan və haqqı təkzib edən kəs istənilən bir günaha batır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin