Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə193/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   189   190   191   192   193   194   195   196   ...   348
Ayə 41, 42, 43, 44, 45:

﴿إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ﴾﴿وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ﴾﴿كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾﴿إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنينَ﴾﴿وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ﴾

Həqiqətən, təqvalılar kölgəliklərdə və çeşmə başında olarlar; istədikləri meyvədən var; əməlləriniz müqabilində yeyin və için, nuş olsun! Həqiqətən, biz xeyir əməl sahiblərini bu sayağı mükafatlandırarıq; həmin gün vay olsun təkzib edənlərə!”


Nöqtələr
◘Ötən ayələrdə Allah-taala cəhənnəmin xüsusiyyətlərini, üç şöləli tüstü və odu yada saldı. Bu ayədə təqva əhli üçün nəzərdə tutulmuş üç nemətdən danışılır.

◘”Həniən” sözü o zaman işlənir ki, nemət kamil şəkildə dadlı olsun və hansısa acılıqla müşayiət edilməsin.

◘Quranın tərbiyə üsullarından biri də müqayisə aparmaqdır. Hazırkı ayələrdə müttəqiləri gözləyən mükafatdan, eyni zamanda günahkarları soraqlayan cəzadan danışılır.

Sual: Nə üçün behiştlə bağlı ayədən sonra da təkzibçilərin ağır günü yada salınır?

Cavab: Olsun ki, günahkarlar üçün ən ağır cəzalardan biri də behişt nemətlərindən məhrumluğu dadmaqdır.
Bildirişlər
1. Behişt və cəhənnəmin fərqli kölgəlikləri var.

2. İnsan çeşidlilik sorağındadır. Behiştdə çeşidli bağlar, bulaqlar, meyvələr, qidalar, arxlar var.

3. Su və ağacın yanaşı şəkildə mövcudluğu kamil ləzzət göstəricisidir.

4. Möminlərin dünyadakı məhrumiyyəti qiyamətdə ləzzətlə aradan qaldırılar.

5. Məad cismanidir, onun nemətləri cismin ehtiyaclarına uyğundur.

6. Meyvə ən üstün qidalardandır. Quranda behişt əhlinin meyvələrdən dadması bir neçə dəfə yada salınır.

7. Nemətlərdən bəhrələnmək üçün əməl lazımdır.

8. Behişt qidalarının hansısa zərəri və ya ağrısı yoxdur.

9. Behişti bəhanəyə yox, bahasına verirlər.

10. Müvəqqəti yox, daimi və davamlı əməl dəyərlidir.

11. Təlaş və ehsan təqva şərtidir.

12. İnsanların mükafatlandırılması və cəzalandırılması ilahi sünnə əsasında baş verir.

13. Xəbərdarlıqların təkrarı ilahi lütf nişanəsidir. Olsun ki, bu yolla təkəbbür əhli ağıla gəlib öz təkzibindən əl çəkə.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin