(78-Cİ SURƏ; 40 AYƏ)
OTUZUNCU CÜZ
“NƏBƏ” SURƏSİNİN SİMASI
40 ayədən ibarət olan bu surə Məkkədə nazil olmuşdur.
Surənin adı onun 2-ci ayəsindən götürülmüşdür. Həmin ayədə qiyamət hadisəsi “Nəbə”, yəni (böyük) xəbər kimi yada salınır.
Surədə təbiətə hakim nizama əsaslanaraq bildirilir ki, mükafat və cəza məqsədi ilə qiyamətin bərpası ilahi hikmətin zərurətlərindəndir. İnsan həyatına məna verən, onu bihudəlikdən qurtaran qiyamət sorğu-sualıdır.
Surənin davamında azğınlara veriləcək əzabdan, behişt əhlinə əta ediləcək nemətlərdən danışılır. Surə kafirlərə ciddi xəbərdarlıqla başa çatır.
Dostları ilə paylaş: |