Ayə 17, 18, 19, 20:
﴿إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا﴾﴿يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا﴾﴿وَفُتِحَتِ السَّمَاء فَكَانَتْ أَبْوَابًا﴾﴿وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا﴾
“Həqiqətən, ayrılıq günü (bizim sizinlə) görüş üçün müəyyənləşmiş vəd vaxtıdır; elə bir gün ki, sur üfürülər, (insanlar) dəstə-dəstə gələrlər; səma genişlənər, açıq qapılar halına gələr; dağlar hərəkətə gəlib ilğım kimi olar.”
Nöqtələr
◘Qiyamət günü bütün insanlar bir yerə toplanacağı üçün həmin gün toplanış günü adlandırılır. Amma həmin gün həm də ayrılıq günüdür. Çünki yaxşılar pislərdən, haqq batildən seçiləcək.
◘Rəvayətlərdə bildirilir ki, qiyamət günü insanlar müxtəlif qruplara bölünər. Söz gəzdirənlər meymun, haram yeyənlər donuz şəklində, sələmçilər alt-üst olmuş, zalım hakimlər kor, xüdpəsəndlər kar və lal, əməlsiz alim dilini çeynəyən vəziyyətdə səhnəyə gətirilər. Qonşunu incidən insan əlsiz-ayaqsız, libası ilə öyünənlər cəhənnəm libasında məhşur olar.2 (Qeyd)
◘Dağların hərəkəti onların parçalanması, toza çevrilməsi, sonda ilğıma dönməsi üçün bir müqəddimədir.
Bildirişlər
1. Dünya özü qiyamət üçün bir müqəddimədir. Dünyadakı nemətlər boş yerə yaradılmayıb, sonda sorğu var.
2. Qiyamətin vaxtı öncədən Allaha məlumdur.
3. Qiyamətin də nizamı var.
4. Qiyamətdə göylərin və yerin nizamı pozular.
5. İnsanın həyatı ölümlə başa çatmır.
6. Dünya bağlılıqları və rabitələr sizi sevindirməsin. Bu rabitələr bir gün tamamilə qırılasıdır.
7. Yer və göy, onlar arasındakı rabitələr qiyamət günü öz halını dəyişər.
Dostları ilə paylaş: |