Nur təFSİRİ


Ayə 10: ﴿فَإِذَا قُضِيَتِ ٱلصَّلَاةُ فَانتَشِرُواْ فِي ٱلْأَرْضِ وَابْتَغُواْ مِن فَضْلِ ٱﷲِ وَاذْكُرُواْ ٱﷲَ كَثِيراً لَّعَلَّكُمْ تُفْلِحُونَ﴾



Yüklə 1,72 Mb.
səhifə20/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   16   17   18   19   20   21   22   23   ...   348
Ayə 10:

﴿فَإِذَا قُضِيَتِ ٱلصَّلَاةُ فَانتَشِرُواْ فِي ٱلْأَرْضِ وَابْتَغُواْ مِن فَضْلِ ٱﷲِ وَاذْكُرُواْ ٱﷲَ كَثِيراً لَّعَلَّكُمْ تُفْلِحُونَ﴾

Namaz başa çatanda yer üzündə dağılın, Allahın fəzlindən diləyin. Allaha çox zikr edin. Olsun ki, nicat tapasınız.”


Nöqtələr
◘Quran leksikonunda dünya malı Allahın fəzlindəndir. Bu səbəbdən də hazırkı ayədə “Allahın fəzlindən diləyin” buyurulur. Namaz başa çatdıqdan sona Allahın fəzli ardınca, ticarətinizi davam etdirməyə gedin. Digər bir ayədə dünya malı “xeyir” adlandırılır.1 (Qeyd)

◘İslam peyğəmbəri (s) buyurur: “İnsanlar Allahdan qafil vəziyyətdə işlərinə məşğul ikən iş yerində, bazarda Allahı ixlasla, səmimi qəlbdən yada salan insan üçün min savab qeydə alınar. Həmin şəxs qiyamət günü Allahın xüsusi mərhəmətindən faydalanar.”2 (Qeyd)

İnsan ibadətə ticarətdən daha şövqlü olmalıdır. Allahın zikri ilə bağlı “fəsəv”, ticarətlə bağlı “vəbtəhu” sözləri işlədilir. Hər iki söz təlaş və hərəkət mənasını bildirsə də, “fəsəv” sözünün başlanğıcındakı “fa” ((ف hərfi eşq və sürətə işarədir.

◘Allahın fəzli həm maddi, həm də mənəvi ola bilər. Hazırkı surənin 4-cü ayəsində Peyğəmbərin (s) göndərilməsi, bu ayədə isə ticarət ilahi fəzl sayılır.


Bildirişlər
1. İnsan ibadətə xatir iş və ticarətdən uzun müddət ayrılmamalıdır. (Ötən ayədə ticarəti tərk etmək, bu ayədə isə dərhal ticarətə qayıtmaq əmr olunur)

2. Allah-taala müsəlmanların hətta tam bir gün işdən ayrılmasını bəyənmir.

3. Qazanc, ilahi fəzl əldə etmək üçün hicrət, hərəkət və yer üzündə səfərə çıxmağa ehtiyac var.

4. İbadətə tələsin. Maddi işlərdə isə tələsmədən addım atın. Çünki ruziniz Allah tərəfindən müəyyənləşdirilmişdir.

5. Allahın fəzli böyükdür. Amma insan bu fəzli əldə etmək üçün addım atmalıdır.

6. İslamda qarınqululuq qadağandır.

7. Dünya ilahi fəzlin bir guşəsidir.

8. İnsan ilahi əmrləri yerinə yetirmək sahəsində nicat tapır.

9. Həm mənəvi, həm də maddi yönümdə hərəkət Allahın əmridir.

10. İlahi rəngsiz alış-veriş sadəcə bir müamilədir. Amma ibadətdən sonra alış-veriş ardınca getmək onu ilahi fəzlə çevirir.

11. Dünya üçün çalışan insan Allahı yaddan çıxarmamalıdır.

12. İslam ibadətdə həm keyfiyyət, həm də kəmiyyət tələb edir.

13. Bazar kimi çaşdırıcı fəzalarda Allahı zikr etmək zəruridir.

14. İnsan bütün hallarda Allahı zikr etməlidir.

15. İnsan yaxşı seçim və əməllə qurtuluş yolunu tapa bilər.

16. Allah zikri davamlı olduqda fayda verir.


Ayə 11:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin