Ayə 40:
﴿إِنَّا أَنذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَابًا﴾
“Həqiqətən, biz sizi yaxın əzabla qorxutduq; elə bir gün ki, insan öncədən göndərdiklərinə baxar və kafir şəxs deyər: Ey kaş torpaq olaydım.”
Bildirişlər
1. Qafil insanlar üçün xəbərdarlıq müjdədən təsirlidir.
2. Qiyamətin çox uzaq sayılması qəflət səbəblərindəndir.
3. Peşimançılıq insanın azadlığını göstərir.
4. İnsan qiyamətdə öz əməlləri ilə üzbəüzdür.
5. Hər bir insanın axirət taleyi onun öz əlindədir.
6. Torpaq bir dən götürür, bir buta verir. Amma kafirlər yüzlərlə dəlil eşitdikləri halda inadkarlıq göstərirlər. Demək, torpaq kafirlərdən üstündür.
“NAZİAT” SURƏSİ
Dostları ilə paylaş: |