Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə21/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   17   18   19   20   21   22   23   24   ...   348
﴿وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْواً ٱنفَضُّواْ إِلَيْهَا وَتَرَكُوكَ قَآئِمًا قُلْ مَا عِندَ ٱﷲِ خَيْرٌ مِّنَ ٱللَّهْوِ وَمِنَ ٱلتِّجَارَةِ وَٱﷲُ خَيْرُ ٱلرَّازِقِينَ﴾

Alış-veriş və ya əyləncə görəndə səni ayaq üstə qoyub (ətrafından) dağılışdılar, oraya üz tutdular. Onlara de ki, Allahın yanında olan (fəzl və bərəkət) əyləncə və alış-verişdən üstündür. Allah ruzi verənlərin ən üstünüdür.”


Nöqtələr
◘Təfsirlərdə bildirilir ki, İslam peyğəmbəri (s) cümə namazı xütbəsi oxuduğu vaxt Mədinəyə ticarət karvanı daxil oldu. Namaz qılanların bir çoxu Peyğəmbəri (s) tənha qoyub karvana doğru qaçdılar. Hazırkı ayə nazil oldu və cümə namazını qoyub qaçanlar məzəmmət edildi.

◘Ayədə xütbə və namazın tərk olunması yox, Peyğəmbərin (s) tənha buraxılması məzəmmət edilir. Bəli, səmavi rəhbərə etinasızlıq xütbə və namaza etinasızlıqdan daha ağırdır.

◘Surənin başlanğıcında İslam peyğəmbərinin (s) besətindən danışıldı, sonunda Peyğəmbəri (s) tənha qoyanlar məzəmmət edildi. Bütün bunlar möminlərə xəbərdarlıqdır.
Bildirişlər
1. Quran alış-verişdə hərislik və təqvasızlığı məzəmmət edir.

2. İnsan ya maddiyyat ya da nəfs istəkləri səbəbindən Allah zikrindən uzaq düşür.

3. Cümə namazının xətibi ayaq üstə xütbə oxumalıdır.

4. İlahi rəhbərin ətrafını seyrəldən istənilən bir iş məzəmmət edilir.

5. İnsanların meylləri bəzən yanlış olur.

6. Cümə namazının iki xütbəsi namazdan sayılır və onları dinləmək lazımdır.

7. Təbliğdə maddi məsələləri inkar etməyin, sadəcə mənəviyyatın üstünlüyünü bildirin.

8. Dəyərləndirmə meyarı ötəri ləzzət yox, xoşaqibətdir.

9. Ruzi qazanmaq bəhanəsi ilə ibadəti tərk etməyin. Öncə ibadət edin, sonra ticarətə başlayın. Ruzi Allahın əlindədir.

10. Ruzi qazanmağın yolu təkcə ticarət deyil. Əgər Allah istəsə sizə başqa yollarla ruzi verər.

11. Allah cümə namazına gələnlərin ruzisinə zamindir.
MUNAFİQUN” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin