Nur təFSİRİ


Ayə 17, 18, 19, 20, 21, 22, 23



Yüklə 1,72 Mb.
səhifə215/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   211   212   213   214   215   216   217   218   ...   348
Ayə 17, 18, 19, 20, 21, 22, 23:

﴿قُتِلَ الْإِنسَانُ مَا أَكْفَرَهُ﴾﴿مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ﴾﴿مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ﴾﴿ثُمَّ السَّبِيلَ يَسَّرَهُ﴾﴿ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ﴾﴿ثُمَّ إِذَا شَاء أَنشَرَهُ﴾﴿كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ﴾

Ölüm olsun (azğın) insana, necə də nankordur! Allah onu nədən yaratdı? Dəyərsiz nütfədən yaradıb qaydaya saldı; sonra (səadətə aparan) yolu onun üçün asanlaşdırdı, hazırladı; sonra öldürüb qəbirə qoydu; istədiyi vaxt onu ayağa qaldırar; xeyir, insan hələ ki Allahın ona buyurduğunu yerinə yetirməmişdir.”


Nöqtələr
◘Ölülərin dəfnini insana Allah öyrətmişdir. “Maidə” surəsinin 31-ci ayəsində buyurulur ki, Qabil qardaşı Habilin cəsədi üçün bir yer tapmadıqda Allah bir qarğa göndərdi, Qabil qarğaya baxıb cəsədi dəfn etməyi öyrəndi.
Bildirişlər
1. Kafir və nankor insan Allah tərəfindən lənətlənir.

2. Təbliğdə kimlərləsə sərt danışmaq lazım gəlir.

3. Küfr və lovğalıqdan əl çəkmək üçün nütfədən yarandığınızı yada salın.

4. İnsan təsadüfən yaranmayıb, onun yaranışı hesab-kitablı, ölçü-biçilidir.

5. Varlıq aləminin yaranışı Allahın qüdrət, nizam və hikmət sahibi olduğunu göstərir.

6. Haqq yol asan olduğu halda nə üçün bəziləri bu yoldan çıxır?

7. Allah təkamül yolunu asanlaşdırmaqla xəbərdarlığı başa çatdırmış, höccəti tamamlamışdır.

8. İnsanın bir çox istedadları haqq yolu getməklə kamilləşir.

9. Ölüm və qəbiri görən insan nə üçüsn inadkarlıq göstərir?

10. Bütün işlər Allahın ixtiyarındadır.

11. Məad cismanidir. Yəni qəbrə qoyulan cəsəd ayağa qaldırılar.

12. Yol açıq, hərəkət asan olsa da, bəziləri yoldan çıxır.

13. Tövhid, nübüvvət və məad mövzuları yanaşı şəkildə bəyan olunur.

14. Qiyamət vaxtı yalnız Allaha məlumdur.

15. İnsan əvvəldən axıradək Allahın tədbirlərinə tabedir, onun əlindədir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin