Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə218/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   214   215   216   217   218   219   220   221   ...   348
Ayə 38, 39, 40, 41, 42:

﴿وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ﴾﴿ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ﴾﴿وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ﴾﴿تَرْهَقُهَا قَتَرَةٌ﴾﴿أُوْلَئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ﴾

Həmin gün bəzi çöhrələr işıqlı, təbəssümlü və şaddır; həmin gün bəzi çöhrələrə toz-torpaq qonmuşdur; onların üzünü zülmət bürümüşdür; onlar həmin günahkar kafirlərdir.”


Nöqtələr
◘”Mustəbşirə” dedikdə insana sevinc gətirən bir işdən xəbər tutmaq başa düşülür. “Ğəbərə” və “ğubar” dedikdə bir şeyin üzərinə qonmuş toz-torpaq mənası anlaşılır. “Qətərə” sözü yuxarı qalxan qara tüstü mənasını ifadə edir. “Rəhq” sözü isə bürümək, örtmək mənasında işlədilir.

◘Hazırkı ayələrdə qiyamət səhnəsindəki insanlar iki qismə bölünür. Xoşbəxtlər və bədbəxtlər. Onlar simalarından tanınırlar. Çünki insanın çöhrəsi onun xarakterini göstərir. İnsanın içindəki qəm-qüssə, şadlıq onun çöhrəsində hiss olunur.

◘Surənin əvvəlində dünyada qaş-qabaq tökməkdən danışıldı, onun sonunda qiyamətdə çöhrələrin toz-torpağa bələnməsi yada salındı.

◘”Kəfərə” sözü “kafir” sözünün, “fəcərə” sözü “facir” sözünün cəm formasıdır. Birinci söz əqidə, ikinci söz əməl baxımından azğınlıqdır.


Bildirişlər
1. Məad cismanidir.

2. Açıq və gülər üz bir dəyərdir.

3. Qiyamətdəki təbəssümlərin səbəbi gələcəklə bağlı müjdələrdir.

4. Dünyada günaha bulaşmaq axirətdə çöhrələrin bulaşıqlığına səbəb olar.

5. Küfr günah və fəsad səbəbidir.

6. İman və təqva əhli şad və gülərüzdür.

7. Ən üstün təbliğ üsullarından biri müqayisə aparmaqdır.

8. İnsanın pak çöhrəsi günah səbəbindən çirkin və qara niqabla örtülür.


TƏKVİR” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin