(63-CÜ SURƏ; 11 AYƏ)
İYİRMİ SƏKKİZİNCİ CÜZ
“MUNAFİQUN” SURƏSİNİN SİMASI
Bu surə də “Cumuə” surəsi kimi 11 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. Münafiqlər haqqında təkcə bu surədə danışılmır. Qurani-kərimin bir çox surələrində, xüsusi ilə Mədinə surələrində münafiqlərin ruhi səciyyələrindən və rəftarlarından söz açılır. Münafiqlər haqqında “Tövbə” surəsində daha ətraflı danışılır. “Tövbə” surəsinin yüzədək ayəsi münafiqlərin xüsusiyyətlərini bəyan edir.
“Munafiqun” surəsini cümə namazında oxumaq tövsiyə olunur. Olsun ki, bu yolla İslam ümməti münafiqlərin fitnəkarlığından xəbərdar edilir. “Cəvahirul-əhkam” kimi fiqh kitablarında bildirilir ki, imam cümə “Həmd” surəsindən sonra başqa bir surəni başlayarsa, nə qədər ki onun yarısını oxumayıb tilavəti dayandırıb “Munafiqun” surəsini oxuya bilər. Yalnız “Cumuə” və ya “Tövhid” surələrini başlayıbsa onları əvəz etmək lazım deyil.
Dostları ilə paylaş: |