Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə220/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   216   217   218   219   220   221   222   223   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:

﴿إِذَا الشَّمْسُ كُوِّرَتْ﴾﴿وَإِذَا النُّجُومُ انكَدَرَتْ﴾﴿وَإِذَا الْجِبَالُ سُيِّرَتْ﴾﴿وَإِذَا الْعِشَارُ عُطِّلَتْ﴾﴿وَإِذَا الْوُحُوشُ حُشِرَتْ﴾

Bir zaman ki, günəş dolaşıb qaralar; bir zaman ki ulduzlar sönükər; bir zaman ki, dağlar hərəkətə gələr; bir zaman ki boğaz dəvələr başlı-başına buraxılar; bir zaman ki vəhşi heyvanlar qaldırılıb bir yerə toplanar.”


Nöqtələr
◘”Təkvir” sözü sarınmaq, dolaşmaq mənasını bildirir. Hazırda bu söz günəş şüalarının toplanıb sönməsini bildirir.

◘Qiyamət astanasında dağların hərəkəti zəlzələlərlə bağlıdır. Bu zəlzələlər nəticəsində dağlar parçalanar. Digər rəvayətlərdə bildirilir ki, həmin vaxt dağlar səhra qumları kimi ovular.

◘”İşar” sözü qarnında 9 aylıq balası olan dəvələr mənasını bildirir. Bu söz əşra “əşra” sözünün cəm formasıdır. Belə bir dəvə ərəblər arasında ən dəyərli mülk sayılır. Amma qiyamət zamanı bu sayağı dəyərli dəvələr başlı-başına buraxılır.

◘”Vuhuş” sözü “vəhş” sözünün cəm formasıdır. Bu söz insanla ünsiyyətdən uzaq qalmış heyvan mənasını bildirir. Yırtıcı heyvanlar nəzərdə tutulan heyvanlardandır. Bəziləri “Ənam” surəsinin 38-ci ayəsinə istinadən bildirirlər ki, hazırkı ayədə vəhşi heyvanların qiyamətdə dirildilməsi nəzərdə tutulur. Amma başqa bir qrup təfsirçi bu qənaətdədir ki, ayədə qiyamətdən öncəki zəlzələlərdə heyvanların öz yuvasını tərk edib bir yerə toplaşması nəzərdə tutulur.1 (Qeyd)


Bildirişlər
1. Günəşin, ulduzların, dağların, dənizlərin, torpağın nizamı qiyamət günü pozulasıdır.

2. Varlıq aləmi Allahın iradəsinə tabedir. Allah istəsə varlıq nizamını pozar.

3. Olsun ki, qiyamətdə vəhşi heyvanlar da vəhşi heyvanlar da ayağa qaldırılacaq.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin