Nur təFSİRİ


Ayə 13, 14, 15, 16, 17, 18, 19



Yüklə 1,72 Mb.
səhifə228/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   224   225   226   227   228   229   230   231   ...   348
Ayə 13, 14, 15, 16, 17, 18, 19:

﴿إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ﴾﴿وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ﴾﴿يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ﴾﴿وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ﴾﴿وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ﴾﴿ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ﴾﴿يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْئًا وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ﴾

Şübhəsiz, xeyir əməl sahibləri behiştdə naz-nemət içindədirlər; şübhəsiz, günahkarlar şölələnən oddadırlar; cəza günü ona daxil olub yanarlar; bir an olsun ondan ayrılmazlar; sən nə bilirsən cəza günü necə gündür? Axı sən nə bilirsən ki cəza günü necə gündür? Elə bir gün ki, kimsə kimsə üzərində ixtiyar sahibi deyil; həmin gün hökm yalnız Allaha məxsusdur.”


Nöqtələr
◘”Əbrar” sözü “barr” sözünün cəm formasıdır. Bu söz xeyirxah mənasını bildirir. “Nəim” sözü bol nemətli mənasını ifadə edir.

◘”Fuccar” sözü “facir” sözünün cəm formasıdır. Həya pərdələrini yırtan insan facir adlanır.

◘”Səla” dedikdə ilahi qəzəb və ya əzaba daxil olmaq mənası anlaşılır. “Səlv” sözü isə ilahi mərhəmət və lütfə qatılmaq mənasını ifadə edir.1 (Qeyd)

◘Qiyamətdə bütün işlər Allahın əlindədir. Bu o demək deyil ki, həmin gün şəfaətə yer yoxdur. Əslində şəfaət özü də Allahın izni ilə baş tutur.2 (Qeyd)


Bildirişlər
1. Tərbiyə və təbliğdə yaxşılarla pislərin taleyini müqayisə edin.

2. Hətta Peyğəmbər (s) qiyamətin bir çox hadisələrindən xəbərsiz idi.

3. Qiyamət hadisələrini adi ağılla dərk etmək mümkünsüzdür. Bu hadisələr yalnız vəhy yolu ilə aydınlaşa bilər.

4. Mühüm məsələləri təkrarlamaq zəruridir.

5. Qiyamət hadisəsi insanların dünya əməllərinin cavablandırılması üçündür.

6. Günahkarlar daim cəhənnəmdə qalar.

7. Qiyamət bütün insanların mülkiyyət və ixtiyardan məhrum olduğu gündür.

8. Qiyamət Allahın mütləq hakimiyyətinin zühur günüdür.


MUTƏFFİFİN” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin