Ayə 16, 17, 18, 19, 20, 21:
﴿فَلَا أُقْسِمُ بِالشَّفَقِ﴾﴿وَاللَّيْلِ وَمَا وَسَقَ﴾﴿وَالْقَمَرِ إِذَا اتَّسَقَ﴾﴿لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ﴾﴿فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ﴾﴿وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ﴾
“An içirəm şəfəqə; and içirəm gecəyə və onun ağuşa aldıqlarına; and içirəm bədrlənən aya; siz daim haldan hala düşürsünüz; onlara nə olub ki iman gətirmirlər? Quran onlara oxunan zaman səcdə qılmırlar.”
Nöqtələr
◘“Yəhur” sözü “hur” sözündəndir. Bu söz qayıdış mənasını bildirir. Nəzərdə tutulan qiyamət günü axirət həyatına qayıdışdır.
◘“Təbəq” sözü tətbiq mənasını ifadə edir. İki şey, iki halın üst-üstə düşməsi bu sözlə ifadə edilir. Çünki insan ruhu həmin hala uyğunlaşır. Yəni insanlar bir miniyə süvar olmuş tək müəyyən hala düşüb məqsədə doğru hərəkət edər.3 (Qeyd)
◘Qürub astanasında qızartı görünür. Sonra gecənin qaranlığı onu bürüyür. Daha sonra ayın işığı bu qaranlığı yarır. Bu vəziyyətlər bir-birini əvəz edir. İnsanlar da ardıcıl olaraq təkamül yolunda haldan-hala düşür.
◘“Lətərkəbunnə təbəqən ən təbəq” ayəsində həyatın müxtəlif mərhələlərinə işarə olunur. İnsan Allaha doğru hərəkətində bu mərhələləri adlayır. Bu dünya, bərzəx və axirət həyatıdır.4 (Qeyd)
Olsun ki, həmin ayədə hazırkı talelərin keçmiş qövmlərin talelərinə uyğunluğuna işarə edilmişdir. Yəni onlar kimi inkar etsəniz, həlak olarsınız, onlar kimi iman gətirsəniz qurtularsınız. Bu məna hədislərdə də təsdiqlənir.
◘21-ci ayədə səcdə məsələsinə toxunularkən insanların təvazö, təsdiq və imanı nəzərdə tutulmuşdur. Əks təqdirdə hər ayə oxunanda səcdə etmək lazım gələrdi.
Bildirişlər
1. İnsanın bədbəxtçiliklərinin kökü onun məaddan xəbərsizliyi və ya bu həqiqəti inkar etməsidir.
2. Məadı inkar edənlərin elmi əsası yoxdur, onlar yalnız zənn-gümana qapılırlar.
3. Məst halda sevincin kökü axirətdən xəbərsizlikdir.
4. Ağıl və ehtiyat hökm edir ki, qiyamətə yəqinlik yoxsa, bu barədə ehtimallara diqqət yetirilməlidir.1 (Qeyd)Qiyamətin olmaması barədə gümanlar isə insanı məhv edir.
5. Quran qiraəti insanı bəndəliyə, təslimçiliyə sövq etməlidir.
Dostları ilə paylaş: |