Nur təFSİRİ


Quranda münafiqlərin səciyyələri haqqında



Yüklə 1,72 Mb.
səhifə24/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   20   21   22   23   24   25   26   27   ...   348
Quranda münafiqlərin səciyyələri haqqında
Münafiqlər yalançıdırlar3(Qeyd); onlar konkret məqsəd izləmədiklərindən gündə bir qrupa qoşulur4(Qeyd); onlar məsələləri dərindən dərk etmir5(Qeyd); onlar cansız dirək kimidirlər6(Qeyd); namazda halsızdırlar7(Qeyd); sərt danışan, qaraqabaqdırlar8(Qeyd); Yalan andı özlərinə sipər edirlər; məsum rəhbərə qarşı çıxır, zəkat bölgüsünü ədalətli saymırlar9(Qeyd); gah havanın istiliyini, gah da soyuqluğunu bəhanə gətirib döyüş ruhiyyəsini zəiflədirlər10(Qeyd); Hətta məscidi fitnə mərkəzinə çevirirlər11(Qeyd); əhdlərinə vəfa qılmır, Allahın verdiyindən zəkat ayırmırlar12(Qeyd); “səfehlər kimi iman gətirək” deyib müsəlmanları təhqir edirlər; insanlar Peyğəmbərin (s) ətrafından dağılsın deyə iqtisadi mühasirə yaradırlar; Allaha və möminlərə qarşı hiyləyə əl atırlar13(Qeyd); infaqdan ikrah duyurlar14(Qeyd); pisliyə çağırır, yaxşılığa mane olurlar15(Qeyd); siratdan qaçır, ikrah duyurlar16(Qeyd); bir söz eşidəndə araşdırmadan şayiə yayırlar.17 (Qeyd)

Münafiqlərin təhlükəsi böyük olduğundan Qurani-kərimin müxtəlif surələrində onların xüsusiyyətləri açıqlanır. Mədinə surələri arasında demək olar ki, münafiqlərin yada salınmadığı surə yoxdur.18 (Qeyd)

◘Nifaq əməldə yalanıdır. Münafiq küfrü gizlədib, özünü imanlı göstərir. Əlbəttə ki, müəyyən nöqtələri, məsələn, yoxsulluğu və ya abidliyi gizlətmək pis deyil.

◘Münafiqlər iki qrupdur: onlardan bəziləri İslamın möhkəmləndiyini görüb iman gətirir, bəziləri isə öncə iman gətirib, sonradan dünyaya uyur, imanlarını əldən verirlər. Hər iki qrup zahirdə özünü imanlı göstərir. İslam ümməti bu qrupların hər ikisindən ağır zərbələr görmüşdür.

◘Həzrət Peyğəmbərin (s) dövründə münafiqlərdən çox danışılırdı. Həzrət (s) dünyasını dəyişəndən sonra münafiq mövzusu aradan qalxdı. Bunun müəyyən səbəbləri var. Sual yaranır ki, Peyğəmbərdən (s) sonra bütün münafiqlər möminmi oldu?! Münafiqlər təkcə Əlinin (ə) ətrafına yığışmış Salman, Əbuzər və Miqdad kimi azlıqdan ibarət idimi?! Bəlkə Peyğəmbər (s) dövründə münafiqlik münafiqlik göstərənlər qüdrətə çatdığından bu mövzu gündəmdən çıxdı?!

◘Münafiqlər dünyada yalan danışdığı kimi axirətdə də yalandan and içər. Allah onları yalançı adlandırır.1 (Qeyd)

◘Həzrət Peyğəmbər (s) buyururdu ki, mən kafirlərdən qorxmuram, münafiqlərdən ehtiyatlanıram.2 (Qeyd) Həzrət (s) digər bir tərəfdən buyururdu: “Ümmətimin yoxsulluğundan yox, tədbirsizliyindən qorxuram.”3 (Qeyd) Bəli, əgər münafiqlər cahillərlə əl-ələ vesə, Siffeyn savaşı və Kərbəla vaqiəsi önə gələr.
Bildirişlər
1. İlkin İslam dövründə əsas qərargaha yol tapmış münafiq ünsürlər vardı, hətta Peyğəmbər (s) onların fitnələrindən əziyyət çəkirdi.

2. Münafiqlər haqq sözdən batil yolda faydalanır.

3. Haqq şüarları və sözləri çaşqınlardan alıb ixtiyarınızda saxlayın.

4. Yaltaqlıq və yağlı dil münafiqlərin səciyyəsidir.

5. Münafiqlər danışanda and içir ki, qarşı tərəfi inandırsın.

6. Təkidə təkidlə cavab verin.

7. Hər iddianı həqiqət kimi qəbul etməyin.

8. Münafiqləri rüsvay edin.

9. İnsan inanmadığı sözü dilinə gətirirsə, bu söz düzdürsə də həmin şəxs yalançıdır.

10. Həqiqi iman dildə etiraf yox, qəlbin təsdiqidir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin