Ayə 22, 23, 24, 25
﴿بَلِ الَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ﴾﴿وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ﴾﴿فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ﴾﴿إِلَّا الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ﴾
“Amma kafirlər (ilahi ayələri) təkzib edirlər; Allah isə onların qəlbində olanı daha yaxşı bilir; onları ağrılı əzabla müjdələ; yalnız iman gətirib saleh işlər görənlər istisnadır; onlar üçün əbədi və davamlı mükafat var.”
Nöqtələr
◘”Yuunə” sözü “via” sözündəndir və qab mənasını bildirir. Hazırkı ayədə bu söz qəlb və qəlbdə olanlar mənasını bildirir. “Bəşşir” sözü müjdə mənasını bildirir və müjdə dedikdə insanın çöhrəsində özünü göstərən xoş xəbərlər nəzərdə tutulur. Bu söz bəzən təhqir mənasında da işlədilir. Deyilir ki, “filankəs üçün ölüm müjdə olsun.”
Bildirişlər
1. Kafirlər nəinki ilahi ayələrə təslim olmur, hətta onları təkzib etməyə çalışırlar.
2. Küfr yolunu tutan insan qarşılaşdığı istənilən bir məsələni inkar edir.
3. Allah insanın iç sirlərindən tam xəbərdardır.
4. Bəzən insan öz inkar və təkzibi ilə başqa bir məqsəd izləyir. Amma Allah onun bütün məqsədlərindən xəbərdardır.
5. Bəzən insan qəlbən bəyəndiyi bir şeyi mənafelərinə xatir zahirdə təkzib edir.
6. Küfr və mükafat əməl əsasında təyin edilsə də, insanın məqsədi mühümdür və Allah bu məqsəddən xəbərdardır.
7. Saleh iş iman şərtidir. İbadət saleh əməl nümunələrindəndir.
8. İman əməldən ayrı deyil. Onlar bir-birləri üçün şərtdir.
9. İlahi mükafat minnətsizdir və heç vaxt kəsilməz.
“BÜRUC” SURƏSİ
Dostları ilə paylaş: |