Ayə 17, 18, 19, 20, 21, 22:
﴿هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ﴾﴿فِرْعَوْنَ وَثَمُودَ﴾﴿بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ﴾﴿وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌ﴾﴿بَلْ هُوَ قُرْآنٌ مَّجِيدٌ﴾﴿فِي لَوْحٍ مَّحْفُوظٍ﴾
“Həmin qoşunun xəbəri sənə çatdımı? Firon və Səmud qoşunlarının; bəli, kafirlər təkzib etməkdədirlər; Allah onları hər tərəfdən əhatəyə almışdır; bəli, o məcid Qurandır; o lövhi-məhfuzda yazılmışdır.”
Nöqtələr
◘Firon və Səmud qövmü qüdrət və mədəniyyət baxımından ən üstün qövmlər idilər. Quranın digər ayələrində onların güc-qüdrətinə işarə olunur. Burada da onların adı çəkilir.
◘Allahın dünya azğınları qarşısındakı qüdrətinin bəyanı möminlər üçün təsəllidir.
◘“Quran” sözü “əlif, lam” artikli ilə işlədilərsə, Qurani-kərim mənasını bildirər. Əgər əlif-lamsız işlədilərsə, oxunmuş mənasını ifadə edər. Hazırkı ayədə Quran sözü Peyğəmbərə (s) oxunmuş vəhy kəlmələri mənasını bildirir.
Bildirişlər
1. Öncə qarşı tərəfdə maraq yaradaq, sonra sözümüzü deyək.
2. Keçmişdəkilərin tarixini öyrənmək və Allahın onlarla rəftarından ibrət götürmək lazımdır.
3. Dünyanın hərbi baxımdan ən üstün şəkildə təchiz olunmuş qoşunları Allahın qəhri qarşısında puçdur.
4. Kafirlər Quran və onun vədlərini təkzib etməkdə israrlıdırlar.
5. Zalımlar ilahi qüdrət dairəsindən kənarda deyil. Onlar üçün qurtuluş yolu yoxdur, amma anlamırlar.
6. Həm Allah həm də onun kitabı əzəmətlidir.
7. Quranın yazıldığı lövhə Allahın hüzurunda qorunmuşsa da, bizə məlum deyil.
8. Quran istənilən bir təhlükə və təhrifdən sığortalanmışdır.
“TARİQ” SURƏSİ
Dostları ilə paylaş: |