Ayə 2, 3:
﴿اتَّخَذُواْ أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ إِنَّهُمْ سَآءَ مَا كَانُواْ يَعْمَلُونَ﴾﴿ذَلِكَ بِأَنَّهُمْ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ فَطُبِعَ عَلَى قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ﴾
“Onlar andlarını özlərinə sipər edib (insanları) Allahın yolundan çıxarırlar. Həqiqətən, onların gördüyü işlər pisdir. Bunun (onların nifaqının) səbəbi onların öncə iman gətirib, sonra küfrə uğramalarıdır. Onların qəlbləri möhürlənib, bu səbəbdən anlamazlar.”
Nöqtələr
◘”Cunnə” dedikdə sipər mənası anlaşılır. Sipər insanı düşmənin zərbələrindən qoruyur. Ağlı pərdələnmiş (sipərə alınmış) insan “məcnun” adlanır. “Cinn” dedikdə gözə görünməyən varlıq nəzərdə tutulur. “Cənin” sözü bətndə görünməyən körpəyə işarədir. “Cənnət” dedikdə ağaclarının kölgəsindən yeri görünməyən bağ mənası ifadə olunur.
◘Quranda təkrar-təkrar münafiqlərin yalan andları yada salınıır. Onlar sizi razı salmaq üçün and içir1(Qeyd); and içirlər ki, biz Zərar məscidini tikməklə sizə xeyirxahlıq etmək istədik2(Qeyd); and içirlər ki, savaşda iştirak etməyə imkanları olmayıb, imkanları olsaydı iştirak edərdilər3(Qeyd).
◘Başdan-başa Quranda münafiqlərdən danışlan zaman sərt ifadələr işlədilir: Allah onların qəlbini möhürləmişdir4(Qeyd); onlar dərinliyi görə bilmir5(Qeyd); onlar anlamır6(Qeyd); onlar yalan danışır7(Qeyd); onlar dərk etmir08(Qeyd); onlar fəsadçıdır9(Qeyd); onlar azğınlıq içindədir10(Qeyd); onlar hidayətdən uzaqdır11(Qeyd); Allah heç vaxt onları bağışlamaz12(Qeyd).
◘Bəzən münafiqlərin yalan andları vasitəsi ilə, bəzən kafirlərin büdcələri sayəsində doğru yola səd çəkilir. Küfr edənlər öz pullarını insanları doğru yoldan ayırmaq üçün xərcləyirlər.
◘Münafiqlər bacardıqları yolla Allaha doğru hərəkətə mane olurlar. Onlar Zərar məscidi tikməklə müsəlmanların vəhdətini pozur, hava istidir deyə hərbi nizama zərbə vurur, Peyğəmbərə (s) yaxın olan insanlara yardıma qadağa qoymaqla müsəlmanları iqtisadi baxımdan zəiflədir, zövcələrin vasitəsi ilə imam Həsən (ə), imam Cavadı (ə) şəhadətə yetirirlər.
◘İslam cəmiyyətinin rəhbəri münafiqlərin fitnəkarlığına münasibətdə daha ehtiyatlı olmalıdır. Bu baxımdan bütün müsəlmanlar məsuliyyət daşısalar da hazırkı surədə Peyğəmbərə (s) xitab olunur.
Bildirişlər
1. Müqəddəsliklərdən və dəyərlərdən sui-istifadə münafiqlərin xasiyyətidir.
2. Dindən dinin əleyhinə istifadə münafiqlərin ideoloji təlaşlarındandır.
3. Münafiqlər çalışırlar ki, başqalarını da doğru yoldan çıxarsınlar. (Münafiqlər insanları istənilən bir yolla azdırmağa çalışır)
4. Münafiqlərin əməlləri başdan-başa mənfur və çirkindir.
5. Nifaqın sonu küfrdür.
6. İnsan nifaqla öz qəlbini möhürləyir, həqiqətlərin dərki istedadını əldən verir.
Ayə 4:
﴿وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ وَإِن يَقُولُواْ تَسْمَعْ لِقَوْلِهِمْ كَأَنَّهُمْ خُشُبٌ مُّسَنَّدَةٌ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ هُمُ ٱلْعَدُوُّ فَاحْذَرْهُمْ قَاتَلَهُمُ ٱﷲُ أَنَّى يُؤْفَكُونَ﴾
“Əgər onları görsən, qiyafələri səni heyran qoyar, danışsalar sözlərini dinləyərsən. Onlar sanki dayaq vurulmuş ağaclardır. Onlar istənilən bir nidanın öz ziddlərinə olduğunu düşünürlər. Onlar düşməndirlər. Beləsə, onlardan uzaq ol. Allah onları öldürsün, necə də haqq yoldan azırlar.”
Nöqtələr
◘”Tövbə” surəsində Allah-taala öz Peyğəmbərinə (s) buyurur: “Münafiqlərin var-dövlətləri və övladları səni heyrətə gətirməsin.” Bu ayədə isə münafiqlərin qiyafə və danışığı təəccüb səbəbi kimi göstərilir.
◘Hazırkı ayədə Peyğəmbərə (s) xitab olunsa da, bütün müsəlmanlar nəzərdə tutulur. Hər bir müsəlman müsəlmanların qiyafə və bəyanına aldanmamalıdır.
◘Həzrət Peyğəmbər (s) buyurur ki, mömin əyilə bilən budaq kimidir; hadisələr onu azca əysə də, yenidən düzəlir; kafirlər isə qiru ağac kimidir, onlar əyilə bilmədiyindən külək kökdən qoparanadək dayaqlanırlar.1 (Qeyd)
◘Həzrət Peyğəmbər (s) buyurur: “Möminin dörd düşməni var: ona həsəd aparan müsəlman, qəlbində kin-küdurət gəzdirən münafiq, onu azdıran şeytan, onunla savaşa qalxan kafir.”2 (Qeyd)
◘Döşəməyə, tavana, qapı-pəncərəyə işlədilən ağac faydalıdır. Amma ağacın divara söykənməsi onun istifadəsizliyini göstərir.
◘Münafiqlərin kəsilmiş ağac budağına oxşadılmasının müəyyən əsasları var: zərbə qarşısında davamsızlıq, cansızlıq və quruluq; öz ayağa üstə dura bilməməsi; eşitmə və düşünmə istedadından məhrumluğu.
◘Münafiqlər möminlərə münasibətdə kin saxlayır. Onlar daim qorxurlar ki, haqlarında ayə nazil olsun.3 (Qeyd)
◘Bəli, münafiqlər əsl düşmənlərdir. Çünki onlar cəmiyyətin daxilindədir və müsəlmanların sirlərindən xəbərdardırlar. Həm də dost libası geydiklərindən onları tanımaq çətindir. Münafiqlər gizli mübarizə apardıqlarından onlara qarşı cavab tədbiri görmək də çətindir. Münafiqlər müsəlmanlarla qohumluq əlaqələrinə malik olduqlarından onlarla rəftarda çətinlik yaranır. Nəhayət, münafiqlər qəfil zərbə vurur.
Bildirişlər
1. Münafiqlər haradasa yox, öz aramızda, gözlərimiz önündədirlər.
2. Zahidanə qiyafə təqva göstəricisi deyil, qiyafəyə aldanmayın. Bəzən zahiri gözəllik hiylə olur.
3. Əgər ilahi xəbərdarlıqlar olmasa, gözəl və aldadıcı sözlər Peyğəmbərə (s) də təsir göstərər.
4. Münafiqlər zahirən aram, batində narahatdırlar. Onlar daim qorxu və iztirab içindədirlər.
5. Daxili düşməndən daha çox qorxun.
6. Düşməni tanıyın, onun əda və sözlərinə aldanmayın.
7. Münafiqlər Allaha qarşı çıxmışlar. Allah da öz növbəsində onları lənətləyir.
8. Münafiqlərin İslama qarşı çıxması düşüncəsizlikdir və təəccüb doğurur.
Dostları ilə paylaş: |