Nur təFSİRİ


Ayə 21, 22, 23, 24, 25, 26



Yüklə 1,72 Mb.
səhifə262/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   258   259   260   261   262   263   264   265   ...   348
Ayə 21, 22, 23, 24, 25, 26:

﴿فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ﴾﴿لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ﴾﴿إِلَّا مَن تَوَلَّى وَكَفَرَ﴾﴿فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ﴾﴿إِنَّ إِلَيْنَا إِيَابَهُمْ﴾﴿ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمْ﴾

21. “Nəsihət ver, həqiqətən, sən nəsihət verənsən”; 22. “Sən onlara hakim deyilsən (ki iman gətirməyə məcbur edəsən)”; 23. “Amma üz çevirib küfrə uğrayanı”; 24. “Allah ən böyük əzabla cəzalandırar”; 25. “Həqiqətən, onların qayıdışı bizə doğrudur”; 26. “Onlarla hesab çəkmək bizim öhdəmizədir.”
Nöqtələr
◘Öyüd-nəsihət verməkdə məqsəd xəbərdarlığı başa çatdırmaq, höccəti tamamlamaqdır. Belə ki, kafirlər qiyamət günü “nə üçün bizə xəbərdarlıq göndərmədin” deyə bilməsinlər. Əlbəttə yalnız düşüncə sahibləri bu nəsihətlərdən öyüd götürür.1 (Qeyd)

◘Ötən surədə Allah-taala öz Peyğəmbərinə (s) xatırlatdı ki, qəlbində qorxu olanlar sənin nəsihətlərini eşidəcək, qəlbidaşlar bu öyüdlərə arxa çevirəcək. Bəyan olundu ki, ilahi xəbərdarlığa arxa çevirənlər ağır əzaba düçar ediləcək.

Hazırkı surədə bildirilir ki, verilən öyüdlərdən üz çevirənlər olacaq. Belələrini böyük əzab gözləyir. İstər öncəki surədəki böyük od, istər “Əla” surəsindəki böyük əzab vədi xəbərdarlıqlardan nəticə çıxarmayanlara aiddir.

◘”Musəytir” sözü “sətir” və “seytərə” sözündəndir. Bu söz tabeçiliyində olanı bəndə çəkən şəxs mənasını bildirir. Onlar öz tabeçiliyindəkiləri istədikləri yola sövq edirlər.

◘İmam Sadiq (ə) buyurur: “Hər bir ümmətin hesabı həmin dövrün imamının öhdəsinədir. İmamlar öz dostlarını və düşmənlərini simalarından tanıyar.” Sonra imam “Əraf” surəsinin 46-cı ayəsini yada salır.2 (Qeyd)

◘”Cameə” ziyarətində məsumlara xitabən oxuyuruq: “Haqq sizə üz tutub, onların hesab sizin öhdənizədir. Uyğun məna imam Kazim (ə) və imam Baqir (ə) və imam Hadidən (ə) də nəql olunmuşdur.1 (Qeyd)

◘23-cü ayə 21-ci ayədəki bildiriş üçün istisnadır. Yəni Peyğəmbərin (s) xəbərdarlıqlarının kafirlərə təsiri yoxdur.

◘İmam Baqir (ə) buyurur: “Böyük əzab dedikdə şiddətli və əbədi əzab nəzərdə tutulur.”2 (Qeyd)


Bildirişlər
1. Peyğəmbər nəticəyə yox, vəzifəsini yerinə yetirməyə məsuldur.

2. Peyğəmbərlərin vəzifəsi əqidəni məcbur qəbul etdirmək yox, öyüd-nəsihətdir.

3. Xalqın etinasızlığı vəzifəni öhdədən götürmür.

4. İnadkarlıq, haqqdan uzaqlıq küfr səbəbidir.

5. Allahın qəhr-qəzəbinin dərəcələri var.

6. Kimsə Allahın qəhr-qəzəbindən qaça bilməz.

7. İnsanlarla hesab aparılması Allahın özünə vacib etdiyi sünnələrdəndir.
FƏCR” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin